EN

Ermənistanda atışma: 2 ölü, 1 yaralı var Paşinyandan AÇIQLAMA FOTO

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Sentyabrın 23-də saat 23:52-də Ermənistan DİN-in polis idarəsinə məlumat daxil olub ki, Armavir vilayətinin Merdzavan yaşayış məntəqəsində, İrəvan şosesində atəş səsləri eşidilib. Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan polisi yayıb.İlkin məlumata görə, iki nəfər ölüb, bir nəfər yaralanıb. Ölənlər arasında müxalif mövqeyi ilə tanınan Parakar icmasının rəhbəri Volodya Qriqoryan da var.Hadisənin bütün təfərrüatlarının araşdırılması üçün polis əməkdaşları tədbirlər görür. Ermənistanın baş naziri Nikol Paşinyan səhər tezdən Parakar icmasının rəhbəri Volodya Qriqoryanın qətli ilə bağlı mövqeyini bildirib.

 

O, faciəli hadisəni pisləyib və baş verənlərin səbəblərinin təhlilindən sonra mütləq nəticə çıxarılacağını vurğulayıb.

Paşinyan həmçinin qeyd edib ki, qətlə yetirilən ikinci şəxs Volodya Qriqoryanın dostudur, atışma nəticəsində yaralanan şəxs isə hazırda son dərəcə ağır vəziyyətdədir.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
2
bizim.media

3Sources