EN

Bu yolda diqqətli olmayan sürücülər hər gün qəzaya düşürlər VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Paytaxtın Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yol nişanlarına məhəl qoymayan sürücülər qəzaya düşürlər. Avtosfer.az xəbər verir ki, bu yolayrıcında demək olar ki, hər gün qəza baş verir. Belə ki, körpünün altından Azadlıq prospekti istiqamətinə gedən sürücülərə “Baş yol” nişanı, Ziya Bünyadov prospekti ilə hərəkət edənlərə isə “Yol ver” nişanı quraşdırılıb. Lakin Ziya Bünyadov prospekti ilə hərəkət edən sürücülər yol nişanına əməl etmədikləri üçün yolayrıcında qəzalar baş verir. Belə qəzalardan birinin görüntüsü yaxınlıqdakı kameraya düşüb.

“Yol ver” nişanı olan istiqamətdən gələn “Toyota Aqua” markalı avtomobilin sürücüsü baş yolda olan “KIA” markalı avtomobilə yol vermədiyi üçün qəza baş verib. Hadisə nəticəsində “KIA”nın sürücüsü idarəetməni itirərək ayırıcı zolağın üzərinə çıxıb.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
49
avtosfer.az

1Sources