EN

AL: Liqa mərhələsi başlayır - "Fənərbağça" Xorvatiya nəhənginə qarşı

UEFA Avropa Liqasında Liqa mərhələsi start götürür.

Fanat.Az xəbər verir ki, əsas mərhələnin açılış günündə 9 oyun keçiriləcək.

İki günə sığacaq 1-ci turun ilk günündə iki matç 20:45-də, qalanları 23:00-da başlayacaq.

Türkiyə təmsilçisi "Fənərbağça" ilk oyununu "Dinamo Zaqreb"ə qarşı keçirəcək. İstanbul nəhəngi xorvatiyalılarla səfərdə üz-üzə gələcək. 

Qeyd edək ki, ilk turun digər 9 qarşılaşması sabah keçiriləcək.

UEFA Avropa Liqası
Liqa mərhələsi, 1-ci tur 
24 sentyabr

20:45. Midtyulland (Danimarka) – Şturm (Avstriya)
20:45. PAOK (Yunanıstan) – Makkabi Tel-Əviv (İsrail)
23:00. Frayburq (Almaniya) – Bazel (İsveçrə)
23:00. Srvena Zvezda (Serbiya) - Seltik (Şotlandiya)
23:00. Betis (İspaniya) – Nottingem Forest (İngiltərə)
23:00. Dinamo Zaqreb (Xorvatiya) – Fənərbağça (Türkiyə)
23:00. Nitsa (Fransa) – Roma (İtaliya)
23:00. Malmö (İsveç) – Ludogorets (Bolqarıstan)
23:00. Braqa (Portuqaliya) – Feyenoord (Niderland)

Chosen
21
1
fanat.az

10Sources