EN

La Liqa: "Real Madrid" 6-cı qələbəsini darmadağınla qazandı

İspaniya La Liqasında 6-cı tur start götürüb.

Fanat.Az xəbər verir ki, turun ilk günündə 4 oyun keçirilib.

“Real Madrid” La Liqada növbəti qələbəsini “Levante” üzərində darmadağınla qazanıb. Xabi Alonsonun komandası 6 oyunda maksimum nəticə ilə liderliyini möhkəmləndirib.

Digər oyunlara gəlincə, “Sevilya” doğma meydanda “Vilyarreal”a uduzub. “Atletik” – “Jirona” və “Espanyol” – “Valensiya” matçlarında isə qalib müəyyənləşməyib. 

İspaniya La Liqası
6-cı tur
23 sentyabr

Atletik Bilbao – Jirona 1:1
Qollar:
Jaureqizar, 48 – Unahi, 9.

Espanyol – Valensiya 2:2
Qollar:
Kabrera, 59. Puado, 90+6 – Danjuma, 15. Duro, 62.

Levante – Real Madrid 1:4
Qollar:
Etta Eyonq, 54 – Vinisius, 28. Mastantuono, 38. Mbappe, 63-pen; 66.

Sevilya – Vilyarreal 1:2
Qollar:
Sou, 51 – Oluvaseyi, 17. Solomon, 86.

24 sentyabr

21:00. Xetafe – Alaves
23:30. Atletiko – Rayo Valyekano
23:30. Real Sosyedad – Malyorka

25 sentyabr

21:30. Osasuna – Elçe
23:30. Real Ovyedo – Barselona

Chosen
5
fanat.az

1Sources