Gədəbəyin Maarif kənd ərazisində mikroavtobusla VAZ-2106 markalı maşının toqquşması nəticəsində qəza baş verib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, qəza zamanı mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Yol-nəqliyyat hadisəsi nəticəsində 20 nəfər bədən xəsarəti alıb. Zərərçəkənlər Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəzaya düşənlərin Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.