EN

“RUSİYA KAĞIZ PƏLƏNG KİMİ GÖRSƏNİR Dəhşətli vəziyyətdədir, dağılır...”

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Trampdan Ukrayna ilə bağlı sensasion bəyanat - “Müharibəni başladığı sərhədlərə qaytarmaq tamamilə mümkündür..."

"AzPolitika" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşdən sonra Ukrayna-Rusiya müharibəsi ilə bağlı maraqlı bəyanatla çıxış edib.

Tramp bəyanatında bildirib ki, Ukraynanın Avropa İttifaqının və NATO-nun dəstəyi ilə öz ərazi bütövlüyünü bərpa etməsi mümkündür: “Ukrayna və Rusiya arasında olan hərbi və iqtisadi vəziyyəti tam başa düşdükdən və bu müharibənin Rusiyaya yaratdığı iqtisadi çətinlikləri gördükdən sonra düşünürəm ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə öz ərazi bütövlüyünü bərpa edərək mübarizəni qazana bilər. Vaxt, səbr və xüsusilə NATO və Avropanın maliyyə dəstəyi ilə müharibənin başlandığı sərhədlərə qayıtmaq tamamilə mümkündür. Niyə də olmasın?”

ABŞ Prezidenti Rusiyanın hazırkı durumunu zəiflik əlaməti kimi dəyərləndirib: “Rusiya bu müharibəni artıq üç ildən çoxdur ki, nəticəsiz və məqsədsiz şəkildə davam etdirir. Bu vəziyyət Rusiyanı heç də güclü göstərmir, əksinə, “kağız pələng” kimi göstərir. Moskva və Rusiyanın bütün böyük şəhərlərində, qəsəbələrində və bölgələrində yaşayan insanlar baş verənlərin əslində nədən ibarət olduğunu, müharibə ilə bağlı həqiqətləri, benzin növbələrinin uzandığını və savaş iqtisadiyyatının səbəb olduğu digər çətinlikləri öyrəndikdə, yəni ölkənin bütün maliyyə resurslarının Ukrayna ilə müharibəyə sərf edildiyini gördükdə Ukrayna ruh yüksəkliyi ilə və durmadan güclənərək, öz torpaqlarını geri almağa və bəlkə də ondan da irəli getməyə qadirdir!”

"Rusiyanın vəziyyəti elə də ürəkaçan görünmür. Deyəsən, müharibə uzun müddət bitməyəcək", - ABŞ Prezidenti deyib.

Prezident Tramp hesab edir ki, hazırkı vəziyyət Ukrayna üçün tarixi fürsətdir:

“Putin və Rusiya ciddi iqtisadi böhran içindədir. O, dəhşətli vəziyyətdədir. Dağılır və bu, Ukraynanın hərəkətə keçməsi üçün uyğun zamandır. Hər iki ölkəyə uğurlar arzu edirəm. Biz isə silahları NATO-ya təqdim etməyə davam edəcəyik ki, onlar da onları necə istəsələr, o cür istifadə etsinlər”.

Ağ Ev rəhbəri əlavə edib ki, Çin və Hindistan Rusiya neftini almağa davam etdiyi üçün Ukraynadakı müharibənin əsas sponsorlarıdır. Tramp həmçinin Macarıstanın Baş naziri Viktor Orbanla danışacağını və onu Rusiya neftini almağı dayandırmağa inandıracağını da istisna etməyib.

Rasim

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
azpolitika.info

1Sources