EN

Müəllimləri daşıyan mikroavtobus aşdı: 20-yə yaxın yaralı var - YENİLƏNİB

Müəllimləri daşıyan mikroavtobus aşdı: 20-yə yaxın yaralı var - YENİLƏNİB

Gədəbəy rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların sayı artıb.

AFN.az Report-a istinadən xəbər verir ki, rayonun Maarif kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 20-yə yaxın sərnişin xəsarət alıb.

Zərərçəkənlər Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xatırladaq ki, Gəncədən Gədəbəyə hərəkət edən mikroavtobusla minik avtomobilinin toqquşmasından sonra mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkir-Gədəbəy avtomobil yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində mikroavtobusla minik avtomobili toqquşub.

"Report"un Qərb bürosunun məlumatına görə, nəticədə mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Qəzada azı 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
57
6
afn.az

10Sources