EN

Mbappe Puşkasın rekordunu təkrarladı

"Real"ın hücumçusu Kilian Mbappe La Liqanın 6-cı turunun "Levante" ilə səfər matçında (4:1) dubl edib.

Fanat.Az xəbər verir ki, fransız futbolçu İspaniya çempionatında keçirdiyi ilk 40 oyunda 38 qol vurub.

Tanınmış jurnalist Pedro Martinin "X" hesabı ("Twitter") üzərindən yaydığı məlumata görə, bu, əfsanəvi Ferents Puşkaşın klub rekordunun təkrarlanması deməkdir. 

Bu göstəricidə ilk "üçlüy"ü tamamlayan "Real Madrid"in bütün zamanların bombardiri, 40 matçda 37 qol vuran Kriştianu Ronaldudur.

Mirağa

Chosen
24
1
fanat.az

2Sources