EN

Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi

Bakı. Trend:

Xalq Bank XalqOnlinemobil və internet bankçılıq sistemində investisiya xidmətinimüştərilər üçün əlçatan etdi. Artıq XalqOnline istifadəçiləri olanfiziki və hüquqi şəxslər mobil tətbiq vasitəsilə investisiyaimkanlarından yararlanmaqla maliyyə bazarlarına rahat və sərfəliçıxış əldə edəcəklər.

Xidmətdən yararlanmaqla müştərilər investisiya hesabı açaraqBakı Fond Birjası tərəfindən daxili bazar üçün təqdim olunanqiymətli kağızların alqı-satqısını həyata keçirə və invesitiyaportfellərini mobil tətbiq üzərindən rahatlıqla idarə edə bilərlər.Çevik idarəetmə paneli ilə istifadəçi ilkin və təkrar bazardasatılan qiymətli kağızlar və məlumatları ilə tanış olub alışı icraedə bilir. Eyni zamanda istifadəçi müvafiq bölmədə öz mövcudqiymətli kağız portfelini izləyərək istədiyi qiymətli kağızlarısatmaq üçün əməliyyatı reallaşdıra bilər.

XalqOnline vasitəsilə investisiya xidməti ilə aşağıdakıüstünlükləri təqdim edir:

Rəqəmsal və asan qeydiyyat prosesi - istifadəçilər XalqOnlinetətbiqinə daxil olmaqla rahatlıqla qeydiyyatdan keçə və investisiyahesabı aça bilərlər.

Real vaxt rejimi – istifadəçilər bazardakı qiymət təkliflərinireal vaxtda izləyərək əməliyyatları dərhal icra edə bilərlər.

Etibarlı və təhlükəsiz əməliyyat mühiti - XalqOnline tətbiqindəən yüksək təhlükəsizlik tədbirləri təmin edilir və müştərilərinmaliyyə məlumatları və əməliyyatları tam şəkildə qorunur.

Tam inteqrasiya olunmuş investisiya platforması - bütünəməliyyatlar bir platforma üzərindən idarə olunur. Bu,istifadəçilərə investisiya, alqı-satqı və portfel idarəetməsiniasanlıqla reallaşdırmağa imkan verir.

Müasir və funksional XalqOnline mobil tətbiqi hər kəs üçünəlçatandır — tətbiqi “App Store”, və ya “Google Play”platformalarından yükləmək mümkündür.

Xatırladaq ki, Xalq Bank Azərbaycan Respublikasının MərkəziBankının 7 may 2025-ci il tarixli İXB-01 saylı Lisenziyasınaəsasən, ölkədə investisiya xidmətlərinin həyata keçirilməsinə icazəverilən ilk bankdır.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankınfilial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmiinternet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlifsosial şəbəkə səhifələrindən əldə etmək olar.

Chosen
66
6
az.trend.az

7Sources