EN

Ukrayna 1400 kilometr uzaqdan Rusiya zavodunu vurdu - VİDEO

Rusiyanın Başqırdıstanda yerləşən “Qazprom Neftekhim Salavat” obyekti yenidən pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.

Məlumata görə, zavod Ukrayna sərhədindən təxminən 1400 km aralıda yerləşir.

Bundan əvvəl sentyabrın 18-də Ukrayna dronları bu müəssisəyə hücum edərək yanğına səbəb olub.

"Qazprom Neftekhim Salavat" Salavat şəhərində (Başqırdıstan Respublikası) yerləşən Rusiyanın ən böyük neft emalı və neft-kimya istehsalı komplekslərindən birinə sahib olan neft-kimya şirkətidir.

Müəssisə benzin, dizel yanacağı, mazut, bitum və polietilen daxil olmaqla 150 adda məhsul istehsal edir.

 

Chosen
33
2
modern.az

10Sources