EN

Piratlar niyə qulaqlarına sırğa taxırdı? Sadəcə bəzək üçün deyil

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ənənəvi pirat obrazı təsəvvürlərdə həmişə üçkünc papaqlı, gözündə sarğı, çiynində tutuquşu və qulağında sırğa ilə canlanır. Lakin bu sırğa sadəcə bəzək məqsədi daşımır. 

Qaynarinfo xəbər verir ki, tarixçilərin araşdırmalarına görə, piratlar onu həm praktik, həm də mistik səbəblərlə taxılar.

Əsl piratlar - məsələn, Edvard "Qara saqqal” və ya Uilyam Kidd, həmçinin ədəbi qəhrəman kapitan Cek Qorobçik də sırğa taxıb. Bu, əsasən qoruyucu amulet funksiyası daşıyıb. Tarixçi Qeyl Selincer qeyd edir ki, dənizçilər həyatlarının daim təbiətin hökmündən asılı olması səbəbilə çox zaman fövqəltəbii qüvvələrə inanıblar. Sırğalar da, qolbaqlar və üzüklər kimi, pis ruhlardan qoruyan sehrli əşyalar sayılıb.

Bəzi dəniz quldurlar daha da irəli gedərək, dar ağacında asılmış şəxslərin bədənindən kəsilmiş parçaları amulet kimi üzərlərində gəzdiriblər. Bu cür qoruyucuların sahibini eyni aqibətdən xilas edəcəyinə inanılıb. Daş-qaşlı sırğalar isə həm də xəstəliklərdən qorumaq gücünə malik hesab edilib.

Sırğaların başqa bir səbəbi də praktiki olub – piratlar bir-birinə çox da güvənməyib. Qəniməti itirməmək üçün əldə olunan qızıl və zinət əşyalarını bədənlərinə taxıblar. Qab-qacaq kimi iri əşyaları üzərlərində gəzdirmək əlbəttə ki, mümkün deyildi, amma sırğalar və üzüklər bu iş üçün münasib vasitə olub.

Sırğalar həm də bir növ "sığorta” lub. Əgər pirat dənizdə və ya döyüşdə həlak olardısa, onun qulağındakı qızıl sırğa tapılıb dəfn xərcləri ödənili. Bu, həm praktik, həm də ənənəvi məqsəd daşıyıb.

Bəzi qaynaqlara görə, piratlar dənizə çıxmazdan əvvəl sırğalarının iç tərəfinə arı mumu yapışdırıblar. Döyüş zamanı qulaqlarını bu mumla tıxayaraq topların gurultusunu zəiflədiblər. Bu, onların daha uzun müddət döyüş qabiliyyətini qorumasına kömək edib.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
qaynarinfo.az

1Sources