EN

Binadakıyanğın səbəbindən4 nəfər ZƏHƏRLƏNDİ

Ajans.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisinin böyük köməkçisi, polkovnik-leytenant Elxan Bədəlov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, yaşayış binasının zirzəmisindən 22-ci mərtəbəsinə kimi şaxta boyu elektrik naqilləri yanıb:

"Yanğın məhdudlaşdırılıb. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir. Yanğınsöndürmə işləri zamanı binanın 12-si azyaşlı olmaqla 44 sakini təxliyə edilib. Eyni zamanda hadisə zamanı 4 nəfər təcili-tibbi yardıma zəhərlənmə barədə müraciət edib. Onlara ilkin tibbi yardım göstərilib. Yanğının başvermə səbəbləri araşdırılır. Hadisə qısaqapanma nəticəsində vaş verib. Digər mənzillər yanğından mühafizə olunub".

Chosen
30
2
Ajans.az

3Sources