EN

“Səyyar Gənclər Xidməti” fəaliyyətini Qax rayonunda uğurla davam etdirir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “GəncKönüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və KaryeraMərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Səyyar GənclərXidməti” layihəsinin növbəti dayanacağı Qax rayonu olub. 22–26sentyabr tarixlərində “Suveren dövlət, vətənpərvər gənclik” devizialtında həyata keçiriləcək layihə yüzlərlə gəncin liderlik, şəxsiinkişaf, peşə yönümlü bacarıqlarının inkişafı, eləcə dəvətənpərvərlik ruhunun artırılmasına xidmət edəcək.

Layihənin açılış mərasimi Azərbaycan Respublikasının DövlətHimninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrundaşəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Rəsmi hissədə QaxRayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova və “GəncKönüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev çıxışedərək layihənin region gəncləri üçün əhəmiyyətini vurğulayıb, butəşəbbüsün onların sosial bacarıqlarının üzə çıxarılması və dövlətdəstəyi mexanizmlərinin onlar üçün əlçatanlığının təmin olunmasındaoynadığı mühüm roldan danışıblar.

Layihə çərçivəsində Narkomanlığa və Narkotik VasitələrinQanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının vəİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşları tərəfindənQax gəncləri üçün maarifləndirici sessiyalar təşkil olunub. Bununlayanaşı, gənclər peşə seçimi və karyera planlaması, könüllülükfəaliyyəti, süni intellekt texnologiyalarının tətbiqi, sağlam həyattərzinin təşviqi və motivasiya mövzularında inteaktiv təlimlərdəiştirak ediblər.

Xidmət çərçivəsində “Vətənpərvər gənclik”, “Yaradıcı gənclik”,“Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və karyera” və“Əyləncə” başlıqları altında qurulan stendlər gənclərin şəxsi vəpeşə inkişafına yönəlmiş müxtəlif bacarıqları nümayiş etdirməsinəşərait yaradıb. Bu stendlərdə keçirilən intellektual yarışlar,viktorinalar və master-klasslar gənclərin aktivliyini artırıb,sosial bacarıqlarının inkişafına töhfə verib. Layihənin sonundafəaliyyətləri ilə xüsusi fərqlənən gənclər müxtəlif hədiyyələrlətəltif ediliblər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli”elan olunması çərçivəsində həyata keçirilən bu layihə ölkə gəncləriarasında dövlət suverenliyi və müstəqillik kimi fundamentalanlayışların daha dərindən mənimsənilməsinə, tarixi Zəfərimizinmahiyyətinin yeni nəslə aşılanmasına, həmçinin mövcud gənclərsiyasətinə uyğun olaraq regionlarda gənclər üçün mövcud imkanlaraəlverişli zəmin yaradılmasına xidmət edir.

Qeyd edək ki, “Səyyar Gənclər Xidməti” layihəsi cari ilinoktyabr ayının sonunadək respublikanın 15 şəhər və rayonu, ocümlədən ən ucqar kəndlərini əhatə etməklə mərhələli şəkildə davametdiriləcək.

“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
“Səyyar
Məqalədə:
Chosen
35
az.trend.az

1Sources