EN

Saat 11:00-da işıqlar sönəcək - Bu ərazilərdə

Bu gün Masallı rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Olaylar.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində sentyabrın 24-də 35 kV-luq "Əminli" hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək şəhərin bir hissəsində, eləcə də rayonun Dəlləkli, Əminli, Ərəb, Hacıtəpə, Həsənli, Xallıcalı, Xırmandalı, Köcəkli, Kürdəbazlı, Qarğalıq, Qədirli, Məmmədxanlı, Şəhriyar, Təkdam kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
23
10
olaylar.az

10Sources