EN

Qarabağ separatçısı Rusiyada məhkəmə zalından qaçdı: Görün harada gizlənir

Sankt-Peterburqun Kronştadt Rayon Məhkəməsi “Rosreestr” və “Rosimuşçestvo” regional idarələrinin keçmiş məmuru Boris Avaqyanı gömrükdən yayınma ittihamı ilə axtarışa verib.

Bu barədə Sankt-Peterburq Məhkəmələrinin Birləşmiş Mətbuat Xidmətinin rəhbəri Darya Lebedeva RBC-yə bildirib. O bildirib ki, Avaqyan məhkəmə binasından qaçıb.

Sankt-Peterburqun hüquq-mühafizə orqanlarındakı mənbə RBK-ya bildirib ki, Avaqyan hazırda Ermənistan konsulluğunda gizlənir. Yerli prokurorluq onun ekstradisiyasını tələb edir.

Avaqyan və bir neçə başqa şəxsə qarşı iş 2024-cü ilin aprelindən aparılır. İşdə ümumilikdə 21 nəfər iştirak edir.

“Bu il avqustun 22-də təqsirləndirilən şəxs müharibəyə getmək üçün Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb, onun işi dayandırılıb, Avaqyan isə həbsdən azad edilib”, – Lebedeva izah edib.

“Bu gün bu müqaviləyə xitam verilməsi və Avaqyanın müharibəyə getməkdən imtina etməsi ilə əlaqədar işin bərpası ilə bağlı vəsatət qaldırılıb. Məhkəmə iclasında həbs qətimkan tədbiri ilə bağlı məsələyə də baxılıb. Məhkəmə qərardad çıxarmaq üçün müşavirə otağına çəkilib. Həmin vaxt Avaqyan məhkəmə binasını tərk edib və yoxa çıxıb. Məhkəmə işin bərpasına və təqsirləndirilən şəxsin həbsinə qərar verib”, – məlumatda deyilri.

“47News”un məlumatına görə, 43 yaşlı Ermənistan vətəndaşı Avaqyan məhkəmə iclasında fasilə zamanı yoxa çıxıb. O, müşayiətçisindən siqaret çəkmək üçün icazə istəyib və sonra gözdən itdi. Nəşrin məlumatına görə, Avaqyan Ermənistanın Sankt-Peterburqdakı konsulluğuna sığınıb, lakin səfirlik özü bunu təsdiqləməyib.

Avaqyanın özü “Faktİnfo”ya bildirib ki, o, Sankt-Peterburqdakı konsulluqdadır.

“Son bir ay ərzində Ermənistan məni axtarışa verdiyi üçün Rusiya xüsusi təyinatlı polis alayının əməkdaşları tərəfindən saxlanılıb sənədlərin yoxlanılması üçün polis bölməsinə aparıldım”, – o bildirib. O, sərhədi qanunsuz keçmə və çirkli pulların yuyulmasında ittiham olunduğu Ermənistana ekstradisiya olunmaq istədiyini bildirib.

“Məni saxlasınlar, araşdırma aparsınlar, bundan sonra mənim günahkar olub-olmadığıma məhkəmə qərar verəcək”, – Avaqyan deyib.

Ötən ilin aprelində “Kommersant” yazıb ki, Baş Prokurorluq Avaqyan və daha bir neçə nəfərə qarşı ümumi məbləği 4,2 milyard rubldan çox olan gömrük rüsumlarını ödəməkdən yayınmaqda ittiham olunan cinayət işini Sankt-Peterburqun Kronştadt Rayon Məhkəməsinə göndərib. İş 2014-2015-ci illərdə daha ucuz tikinti materialları adı altında Rusiyaya məişət mallarının idxalı ilə bağlıdır.

“Armİnfo”nun məlumatına görə, Rusiya vətəndaşı olan Avaqyan Ermənistanda qondarma DQR “prezidenti”nin xüsusi nümayəndəsi olub.

Avaqyan 2018-ci ilin yayında Ermənistandakı siyasi karyerası ilə əlaqədar Rusiya vətəndaşlığından çıxmaq üçün ərizə verib.

Rusiyada o, Sankt-Peterburq ticarət limanı üçün gömrük broker firmasının baş direktoru olub. 2010-cu ildən Federal Əmlakın İdarə Edilməsi Agentliyinin Leninqrad vilayəti üzrə idarəsinin rəis müavini vəzifəsində çalışıb. 2014-cü ildən Sankt-Peterburq şəhərinin torpaqların istifadəsi və mühafizəsi üzrə baş dövlət müfəttişinin müavini, daha sonra isə dövlət torpaq nəzarəti idarəsinin (Dövlət Qeydiyyatı, Kadastr və Xəritəçəkmə üzrə Federal Xidmətin Sankt-Peterburq idarəsinin tərkibində) rəis müavini olub.

Chosen
46
6
moderator.az

10Sources