EN

Dünya Bankı Abşeron göllərinin bərpasına qrant ayırıb

Dünya Bankı Azərbaycana "Yaşanılabilən Bakı" layihəsi çərçivəsində Abşeron göllərinin bərpası və ətraf ərazilərin inkişafı üzrə qrant ayırıb.

Far.Az report-a istnadən xəbər verir ki, həmin vəsait hesabına Zığ, Xocasən və Böyükşor göllərinin mövcud texniki-iqtisadi əsaslandırma və texniki layihələrinin yenilənməsi həyata keçiriləcək.

Qrantın bir hissəsi həmin işlə bağlı məsləhət xidmətlərinə yönəldiləcək.

Belə ki, məsləhətçi Abşeron göllərinin bərpası üzrə mövcud texniki-iqtisadi əsaslandırmaları yenidən nəzərdən keçirəcək və yeniləyəcək. Texniki-iqtisadiəsaslandırma və texniki layihə sənədlərinin tamamlanmasından xeyli müddət keçdiyini nəzərə alaraq, Böyükşor, Xocasən və Zığ gölləri və ətraf əraziləri üzrə texniki -iqtisadi əsaslandırmaların yenilənməsi tələb olunur. İşlərə bu ilin noyabr ayından başlanması planlaşdırılır və 500 min ABŞ dollarına başa gələcəyi gözlənilir.

Chosen
26
13
far.az

10Sources