EN

Ermənistanda icma rəhbəri və əməliyyatçı öldürüldü

“Parakar” icmasının rəhbəri Volodya Qriqoryanla birlikdə Ermənistan Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin əməliyyatçısı Karen Abramyan da öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, qətl zamanı Abramyan vəzifə başında olmayıb:

“Hadisə nəticəsində daha bir nəfər xəsarət alıb. Yaralanan Artsrun Qalstyan hazırda əməliyyat olunur”.

Ermənistan İstintaq Komitəsi qətl və qəsdən adam öldürməyə cəhd maddələri ilə cinayət işinin başlandığını açıqlayıb. Cinayət yerindən çoxlu sayda avtomat gilizləri aşkar edilib.

Chosen
17
axar.az

1Sources