EN

Paşinyan səs-küylü qətlə reaksiya verdi

Parakarın genişləndirilmiş icmasının Merdzavan kəndində baş vermiş, icma rəhbəri Qriqoryanın və onun dostunun ölümü ilə nəticələnən həyasız silahlı hücumu qətiyyətlə pisləyirəm. 

Olaylar.az bildirir ki, bunu Facebook-dakı şəxsi profilində Ermənistanın Baş naziri Nikol Paşinyan yazıb.

"Daha bir zərərçəkmişin vəziyyəti son dərəcə ağırdır. Mərhumun ailəsinə və yaxınlarına və Parakar sakinlərinə başsağlığı verirəm. Zərərçəkmişin tezliklə sağalmasını arzulayıram. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətdə iştirak edənlərin hamısını operativ şəkildə müəyyən etməyə borcludurlar",--Paşinyan əlavə edib.

Ermənistanın hökumət rəhbəri ardınca bildirib: "Parakarda baş verən silsilə zorakılıq hadisələrinin qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirlərin görülməli olduğunu, onları kimlərin etməli olduğunu və niyə baş vermədiyini müəyyən etmək üçün hərtərəfli təhlil də lazımdır. Bu təhlildən lazımi nəticələr çıxarılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
28
olaylar.az

1Sources