EN

Çoxmərtəbəli yaşayış binasında baş verən yanğınSÖNDÜRÜLDÜ - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.

Bu barədə Redaktor.az-a nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.

***

Bakıda çoxmərtəbəli binada yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yanğının baş verdiyi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunublar.

Redaktor.az xəbər verir ki, hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN əməkdaşları tərəfindən bina sakinlərinin təxliyəsi aparılıb.

Əlavə məlumat veriləcək.

Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.


Chosen
32
2
redaktor.az

10Sources