EN

Azərbaycanda milli statistika sisteminin hədəfləri müəyyən edilib Tahir Budaqov

ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda 2026–2030-cu illər üzrə yeni dövlət proqramında milli statistika sisteminin hədəfləri müəyyən edilib. SİA xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Bakıda keçirilən "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda 3-cü Beynəlxalq Statistika Forumunda bildirib.

Onun sözlərinə görə, proqramın prioritetləri beynəlxalq təcrübədən yararlanmaqla milli statistika potensialının gücləndirilməsidir: "Qabaqcıl milli təcrübə əsasında beynəlxalq metodoloji bazanın təkmilləşdirilməsinə töhfə verilməsini, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə statistik innovasiyaların genişləndirilməsini əhatə edir. Bu məqsədlə komitə bir çox beynəlxalq təşkilat və xarici ölkələrin müvafiq qurumları ilə fəal əməkdaşlıq edir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
47
1
sia.az

2Sources