EN

"Akademik Topçubaşovun adının dünya miqyasında tanınması Azərbaycan cərrahiyyə elminə verilən yüksək dəyərdir"

Səhiyyə naziri Teymur Musayev akademik Mustafa Topçubaşovun 130 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxış edib.

Bu barədə Adalet.az-a Səhiyyə Nazirliyindən bildirilib.

Görkəmli alimin beynəlxalq miqyasda qazandığı nailiyyətləri xüsusilə vurğulayan nazir bildirib:

"Cərrahların Lissabonda keçirilən XI Beynəlxalq Konqresində akademik Mustafa Topçubaşov Beynəlxalq Cərrahlar Assosiasiyasının üzvü seçilib. Bu da görkəmli alimin simasında dünya miqyasında Azərbaycan cərrahiyyə elminə verilən yüksək dəyərdir". 

Diqqətə çatdırılıb ki, akademikin "Analgezin" adlı ağrıkəsici kəşfi İkinci Dünya müharibəsi illərində əvəzsiz xidmət göstərib: “Hətta tanınmış Sovet akademiki Pyotr Kupriyanov bu kəşfi "Bakı neftinin müharibədə tanklara verdiyi töhfəyə" bənzətmişdir”.

Nazir akademik Mustafa Topçubaşovun irsinin bu gün də aktuallığının qoruduğunu vurğulayıb:

"Mustafa Topçubaşovun ömür yolu bu gün cərrahiyyə elmini həyat yolu seçən gənc nəsil üçün böyük alimlik və insanlıq məktəbidir."

Chosen
40
2
adalet.az

3Sources