EN

İlham Əliyevin qatıldığı hər bir beynəlxalq tədbir diqqətdə olur Deputat

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycanın hər bir sahədə qazandığı uğurların xronologiyasından bəhs edərkən daim tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqları xüsusi qeyd edirik. Bu baxımdan xarici siyasət uğurlarımız da  diqqətdən kənarda qala bilməz.  Dövlət başçısı İlham Əliyevin  sentyabrın 22-də BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfəri  hazırda ölkə və dünya mətbuatında geniş şərh edilir. Ümumiyyətlə, diqqət yetirsək görərik ki, Prezident İlham Əliyevin qatıldığı hər bir beynəlxalq tədbir Azərbaycana, dövlətimizin başçısına olan hörmət və etimad ilə  diqqətdə olur". 

 Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. 

Millət vəkili bildirib ki, dövlətimizin başçısının dünyanın  alternativ  investisiyalar  sahəsində ən  böyük idarəedici  şirkətlərindən biri olan  “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt, “Neuberger Berman” şirkətinin  sədri  və baş icraçı  direktoru Corc Volker  və “Blackstone” şirkətinin prezidenti  və baş  əməliyyat direktoru  Conatan  Qrey ilə görüşləri bunun bariz nümunəsidir. Belə ki,  “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt 2023-cü ildə ölkəmizə səfəri zamanı Azərbaycanda müşahidə etdiyi iqtisadi nailiyyətlərin və inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını, rəhbərlik etdiyi şirkətin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının getdikcə genişləndiyini xüsusi qeyd edib. Brüs Flətt Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı əldə edilmiş nəticələrə görə təbriklərini çatdıraraq, bunun bölgədə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün də yaxşı imkan yaratdığını bildirdi. “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker rəhbərlik etdiyi şirkətin qlobal maliyyə və investisiya fəaliyyəti barədə məlumat verərək, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə etdi.  

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amili nəzərə alsaq Azərbaycanın dayanıqlı inkişaf modelinin nümunə olduğunu görərik.  Ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri davamlılığı ilə diqqətdədir. 

Milli Məclisin deputatı bildirib ki, BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan qurumun Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək regionda sülhün və təhlükəsizliyin bərqərar edilməsi naminə BMT-nin qətnaməsini təkbaşına yerinə yetirən yeganə dövlətdir. Bununla da ölkəmiz BMT ilə qurduğu 33 illik güvənə verdiyi dəyəri açıq formada sübut etdi.  Onu da qeyd edək ki, beynəlxalq aləmdə nüfuz sahibi olan Azərbaycan  BMT ilə əlaqələrinin inkişafında uğurlu nəticələrə imza atıb. Azərbaycan 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının 155 üzv dövlətinin səsini qazanaraq  təşkilatın Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilib və 2015-ci ildə  BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyini” qəbul edərək üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməsi ölkəmizin qazandığı 33 illik etimadın daha bir nümunəsidir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti müddətində Azərbaycan Respublikası bir sıra məsələlərin gündəliyə çıxarılmasına nail oldu.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan BMT-nin  daha səmərəli fəaliyyət göstərməsinə, beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasına öz töhfəsini verir. Ölkəmiz BMT-nin nüfuzunun artırılmasının tərəfdarıdır. Bu mötəbər qurum son illər dünyada gedən təhlükəli meyillərin qarşısının alınmasında həlledici rol oynaya bilər. Bunun üçün təşkilatın özündə ciddi islahatların aparılması qaçılmazdır. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
9
unikal.az

10Sources