EN

Çad naziri: Əmək mobilliyi İƏT ölkələrində iş yerlərinin yaradılmasına yardım edəcək

Əmək mobilliyi İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzvləri arasında iş yerlərinin yaradılmasına və iqtisadi əməkdaşlığın inkişafına imkan verəcək. Bunu Çad Respublikasının dövlət xidməti və sosial dialoq naziri Mbodou Mbami Abdoulaye Bakıda keçirilən tədbirdə  “İƏT-ə üzv ölkələr arasında əmək miqrasiyası” adlı paneldə çıxışı zamanı bildirib.

“Əmək mobilliyi əmək bazarı üçün çox vacibdir. Bu imkan verəcək ki, davamlı nailiyyətlər əldə edək və İƏT ölkələri arasında yeni iş yerləri yaradılsın”, – Abdoulaye deyib.

O əlavə edib ki, hökumətlərarası əməkdaşlıq və müxtəlif həllərin tapılması üzv dövlətlər üçün önəmlidir.

“Konfrans göstərdi ki, əmək yerlərinin yaradılması üçün böyük işlər görə bilərik”,- o bildirib.


Gülnar Nazimqızı

Chosen
30
anews.az

1Sources