EN

İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin iştirakı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib - YENİLƏNİB

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin və nümayəndə heyətlərinin Bakıya səfəri çərçivəsində yüksək səviyyəli dəyirmi masa keçirilib. SİA xəbər verir ki, “Dəyişən İş Dünyasında İnnovativ Əmək və Məşğulluq Strategiyaları: Qlobal Çağırışlar – Milli Həllər” mövzusunda təşkil edilən tədbirin açılış sessiyasında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakının xalqlar arasında dostluq və əməkdaşlığa xidmət edən daha bir mühüm tədbirə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib.

O, Azərbaycanın əmək münasibətləri sahəsində İƏT ilə səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırıb, Prezident İlham Əliyevintapşırıqları ilə son illər əmək, məşğulluq və sosial müdafiə sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib.

Ölkəmizdə layiqli əməyin təmin olunması, məhsuldarlığın artırılması, sabit və keyfiyyətli iş yerlərinin yaradılması, işçi qüvvəsinin peşəkarlığının yüksəldilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsinin əmək, məşğulluq sahəsində həyata keçirilən siyasətin proritet istiqamətlərini təşkil etdiyini vurğulayıb.

İƏT Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov Mərkəzinməşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı istiqamətində üzv ölkələr arasında əlaqələndirmə missiyasını uğurla yerinə yetirdiyini bildirib.

Səudiyyə Ərəbistanı Krallığının insan resursları və sosial inkişaf nazirinin müavini Abdullah Nasser M.Abuthnain “Əmək və Məşğulluq Sistemlərinin Transformasiyası: Çağırışlardan İmkanlara” mövzusunda çıxış edərək fikirlərini bölüşüb.

Növbəti sessiyalarda İƏT-ə üzv ölkələrdə qeyri-formal məşğulluqla mübarizə, işçi qüvvəsinin səmərəli idarəsi vəbacarıqların müasir iş dünyasının tələblərinə uzlaşdırılması, həmçinin əmək mobilliyinin artırılması kimi bir sıra çağırışlar müzakirə olunub.

Peşə təhsili, məşğulluq proqnozlaşdırması və regional əməkdaşlıq sahəsində müzakirələr aparılıb. Azərbaycanın DOSTvə “Əmək və məşğulluq” alt sistemi (ƏMAS) kimi innovativtəcrübələri təqdim edilib.

Tədbir çərçivəsində İƏT Əmək Mərkəzinin Baş Assambleyasına hazırlıqla bağlı sənəd layihələri və hesabatların müzakirəsi məqsədilə yüksək vəzifəli rəsmilərin görüşü də olub.

Chosen
12
7
sia.az

9Sources