Reyting.az saytına istinadən ain.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makronla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib ki, NATO və Avropanın sərhədlərini pozan Rusiya təyyarələri vurulmalıdır.Reyting.az-ın xəbərinə görə, jurnalist “Rusiya təyyarələri NATO ölkələrinin sərhədlərinə girərsə, vurulmalıdırmı?”-sualına Tramp “Bəli, vurulmalıdır”- cavabını verib.Bir neçə saat sonra sərhədləri Rusiya təyyarələri tərəfindən dəfələrlə pozulan Polşanın baş naziri Donald Tusk Trampın cavabına istinad edərək, “Anlaşıldı”,- deyə tvit paylaşıb.V. QULİYEV
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.