EN

Deputat: “Rusiya bu addımı atsa, çox böyük qarşıdurma olacaq”

“Qərb-Rusiya qarşıdurması müxtəlif müstəvilərdə özünü büruzə verir – iqtisadi sanksiyalar, müxtəlif beynəlxalq platformalarda Qərbin Rusiya ilə bağlı kəskin fikirləri, müharibədə Ukrayna tərəfdən çıxış etməsi, Ukraynaya silah yardımı etməsi və s. Forma dəyişsə də, məzmun eyni qalır. Burada əsasən Qərb ölkələrindən söhbət gedir, çünki Mərkəzi Avropada Rusiya ilə müttəfiq olmasa da, Rusiya ilə açıq qarşıdurmada maraqlı olmadığını dilə gətirən dövlətlər də var”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib. 

O bildirib ki, anti-Rusiya mövqeyi sərgiləyən, Ukraynaya dəstək göstərən Avropa ölkələri Rusiya ilə hərbi toqquşmada maraqlı deyillər:

“Rusiya özü də bunda maraqlı deyil, çünki diqqəti daha çox Ukrayna cəbhəsinə yönəltməyə çalışır. Polşa ərazisinə dron hücumu və Estoniya hava məkanının pozulması göstərir ki, Rusiyada müəyyən dairələr müxtəlif cinahlarda prosesləri gərgin müstəvidə saxlamağa çalışır. 

NATO Nizamnaməsinə görə, NATO üzvü olan dövlətin ərazisinə hücum edilərsə, həmin dövlətə dəstək göstərilməlidir. Bu da Rusiya üçün çəkindirici qüvvədir. 

Rusiyada çox gözəl başa düşürlər ki, NATO üzvü olan ölkəyə qarşı hərbi təzyiq edilərsə, NATO birbaşa qarşıdurmaya cəlb oluna bilər. Hər iki tərəf birbaşa toqquşmadan çəkinir. Bu baş versə, qeyri-bərabər qüvvələr çox böyük fəlakətlərə yol aça biləcək hərbi münaqişəyə səbəb olacaqlar”.


Cavidan Mirzəzadə
Demokrat.az
Chosen
11
1
demokrat.az

2Sources