EN

Rusiya Ukraynaya ballistik raket ATDI - Dneprdə PARTLAYIŞ

Sentyabrın 24-də Ukraynanın bir sıra regionlarında ballistik təhlükə barədə xəbərdarlıq verilib. Dneprdə partlayış səsləri eşidilib.

Olaylar.az "RBC-Ukrayna"a istinadən xəbər verir ki, səhər saat 10:12 radələrində Hərbi Hava Qüvvələri bir neçə bölgədə ballistik təhlükə ilə bağlı xəbərdarlıq edib.

"Ballistik silahlardan istifadə təhlükəsi şərqdən gəlir", - məlumatda deyilir.

Bir neçə dəqiqə sonra yerli media Dneprdə partlayış səsləri barədə məlumat yayıb.

Hərbi Hava Qüvvələri həmçinin şəhər yaxınlığında düşmənin kəşfiyyat PUA-larının aşkarlanması barədə xəbərdarlıq edib:

"Dnepr yaxınlığında düşmənin kəşfiyyat PUA-ları fəaliyyət göstərir. Hava hücumundan müdafiə sistemləri aktivdir."

Saat 10:20-yə olan məlumata görə, xəsarət alan və dağıntı yoxdur.

Xatırladaq ki, sentyabrın 20-də gecə rus ordusu Dnepr çayına raket zərbəsi endirib. Kasetli sursatdan istifadə edilən hücum zamanı bir yaşayış binası vurulub, bir nəfər ölüb, 3 nəfər yaralanıb. Həmin gecə Ruslar 40 raket və 579 pilotsuz təyyarə ilə Ukraynanın Nikolayev, Pavloqrad, Çerniqov, Odessa və Xmelnitski vilayətlərinə hücum ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
23
olaylar.az

1Sources