EN

“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib (FOTO)

Bakı. Trend:

Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan)təşkilatçılığı ilə AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupununnövbəti görüşü Unibank KB ASC-nin Baş ofisində keçirilib. Görüşünbudəfəki mövzusu “Bizneslər üçün alternativ maliyyələşmə: Kapitalbazarlarının hansı üstünlükləri var?” olub.

Tədbirin moderatoru, Unibank KB ASC-nin Baş Biznes İnzibatçısıvə AHK Azərbaycan Maliyyə Xidmətləri İşçi Qrupunun sədriİlkin Quliyev mövzunun ölkə biznes mühiti üçünaktuallığını vurğulayıb. O bildirib ki, alternativ maliyyələşməalətləri yerli şirkətlər üçün maliyyə dayanıqlılığınınartırılmasına, bizneslərin inkişafı və yeni investisiyaimkanlarının yaradılmasına mühüm töhfə verir.

Görüş çərçivəsində Bakı Fond Birjasının Baş Listinq məsləhətçisiFərhad Mənsurov Azərbaycanda mütəşəkkil kapitalbazarı, investisiya imkanları və yerli bazar alətləri barədətəqdimatla çıxış edib. Daha sonra İlkin Quliyev və Fərhad Mənsurovbirgə müzakirədə bizneslərin ənənəvi maliyyələşmə vasitələri iləkapital bazarları üzərindən maliyyələşmə imkanlarını müqayisəedərək hər bir modelin üstünlüklərinə diqqət çəkiblər.

Görüşdə, həmçinin, bazar şəffaflığının artırılması, investorinamının gücləndirilməsi və tənzimləyici islahatların davametdirilməsinin əhəmiyyəti xüsusi qeyd olunub.

Unibank kapital bazarlarının inkişafına dəstək verməklə,bizneslərin maliyyələşmə alternativlərini genişləndirməyi,şirkətlərin daha rəqabətədavamlı və dayanıqlı böyüməsinə şəraityaratmağı hədəfləyir.

Unibank-Sənin Bankın!

“Unibank”da
“Unibank”da
“Unibank”da
“Unibank”da
Məqalədə:
Chosen
36
9
az.trend.az

9Sources