EN

Qəzzaya yardım donanması dron hücumuna məruz qaldı

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yardım aparan və pro-fələstinçi fəalların olduğu Qlobal Sumud Donanması üzvləri Yunanıstan sahillərində dron hücumlarına və partlayışlara məruz qaldıqlarını bildiriblər.

Axar.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.

“Bir neçə dron, naməlum obyektlər, rabitənin pozulması və partlayış səsləri eşidildi”, - deyə Qlobal Sumud Donanması bəyan edib.

Bundan əvvəl, çərşənbə axşamı İsrailin Xarici İşlər Nazirliyi X platformasındakı paylaşımında bildirmişdi:

“Yelkənli qayıqlar zorakı fəaliyyət istiqamətində hərəkət edir. Bu isə donanma üzvlərinin qeyri-səmimiliyini və məqsədlərinin Qəzza xalqına deyil, HƏMAS-a xidmət etdiyini göstərir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
2
axar.az

3Sources