EN

Azər Məmmədov Göyçayda vətəndaşları qəbul edəcək

 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək.

Missiya.Az "Azəriqaz"a istinadən xəbər verir ki, İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun Göyçay rayonunda keçiriləcək vətəndaş qəbulu Gənclər Mərkəzində baş tutacaq.

Görüş zamanı Göyçay və Ağdaş rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırılır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 050-845-75-15; 050-845-91-01) müraciət edə bilərlər.

Chosen
8
missiya.az

1Sources