EN

Porto nun veterani Benfika Qarabağ matçı haqda: Yeganə sürpriz bu oyunda oldu

ain.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya millisinin sabiq yarımmüdafiəçisi Dmitri Aleyniçev Çempionlar Liqasının əsas mərhələsinin ilk turunun nəticələrini şərh edərkən “Qarabağ”ın Lissabonda “Benfika”ya 3:2 hesabı ilə qalib gəldikləri oyuna da toxunub.

Sportal.az “TACC” agentliyinə istinadən xəbər verir ki, veteran futbolçu Azərbaycan çempionunun səfərdəki qələbəsini bu cür şərh edib:

"Bəli, prinsipcə, yeganə sürpriz, yəqin ki, "Benfika"nın oyununda oldu. "Benfika" evdə "Qarabağ"a uduzdu. Bunun necə baş verdiyini də bilmirəm. Sonra baş məşqçi istefa verdi. Ümumilikdə, bütün yüksək səviyyəli komandalar möhtəşəm və yüksək xallı qələbələr qazandılar. Düşünürəm ki, irəlidə çox maraqlı olacaq".

Aleyniçev karyerası ərzində “Lokomotiv”(Moskva), “Spartak”(Moskva), “Roma”, “Peruca”, “Porto” klublarında oynayıb.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
1
sportal.az

2Sources