EN

İmişlidə narkokuryerlik edən iki nəfər saxlanılıb

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Abşeron rayon sakinləri Fuad Səlimov və Anar Süleymanov rayon ərazisində saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onlardan 8 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb. Saxlanılan şəxslər sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşına pul müqabilində narkokuryerlik etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, F.Səlimov və A.Süleymanov barəsində həbs qətimkan təbiri seçilib.

"Cebheinfo.az" 

Chosen
23
13
cebheinfo.az

10Sources