Bu görüntülər Prezident İlham Əliyevin dünyada sahib olduğu yüksək nüfuzun bariz göstəricisidir. Bu nüfuz isə onun unikal nailiyyətlərinə əsaslanır: məhz İlham Əliyev 20 il ərzində Azərbaycanı uğurlu, müasir və güclü bir dövlətə çevirməklə əsl möcüzəyə imza atıb.
Məhz Prezident İlham Əliyevin sayəsində 44 günlük müharibədə tarixi qələbə qazanıldı, ölkənin suverenliyi bərpa olundu. Müasir və peşəkar 21-ci əsr ordusunu yaradan və dünyaya tanıdan o oldu. Məhz dövlət başçısının sayəsində möhkəm iqtisadiyyat quruldu, onun uğurları ölkənin hazırkı rifahının açarına çevrildi.
Şübhəsiz ki, Azərbaycanın beynəlxalq imicinin formalaşmasında həlledici rol oynayan Prezident İlham Əliyevin şəxsiyyəti olmuşdur. O, ölkəmizin nüfuzunu tarixdə ən yüksək səviyyəyə qaldırıb: Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib; Qoşulmama Hərəkatına sədrlik edərək, bu təşkilatın -planetin ikinci ən böyük beynəlxalq birliyinin fəaliyyətini yenidən canlandırıb və daha bir çox mühüm uğurlara imza atıb.
Prezident İlham Əliyevin gücü, nüfuzu, prinsipiallığı və parlaq şəxsi keyfiyyətləri, şübhəsiz ki, Donald Trampda böyük təəssürat yaradır. ABŞ Prezidenti dəfələrlə Azərbaycan liderinə olan rəğbətini və dərin ehtiramını açıq şəkildə nümayiş etdirib - bu, Nyu-Yorkdan yayımlanan həmin kadrlarda da aydın şəkildə görünür.
Mənbə: Trend