EN

Qəzzaya yardım aparan gəmi karvanına PUA hücumu GSF sərt bəyanat yaydı

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tunisdən İsrailin 2 ilə yaxındır soyqırım həyata keçirdiyi Qəzzaya doğru hərəkət edən və 44 ölkədən fəalın dəstəyini alan humanitar missiya – “Qlobal Sumud Filosu” (Global Sumud Fleet – GSF) Yunanıstan sahillərində, beynəlxalq sularda şübhəli PUA-ların hücumuna məruz qaldığını açıqlayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə GSF-nin yaydığı bəyanatda bildirilir.

Qeyd olunur ki, çoxsaylı PUA-lar müəyyən edilməmiş yad cisimlər atıb, gəmilərlə rabitə xətlərində kəsintilər yaranıb və bir neçə gəmidən partlayış səsləri eşidilib. Bəyanatda bu hadisələrin psixoloji əməliyyat xarakteri daşıdığı vurğulanaraq əlavə olunub: “Bu taktika bizi qorxuda bilməz.”

GSF bəyanatında İsrail və onun müttəfiqlərinin Qəzzadakı humanitar faciəni davam etdirməkdə siyasi iradə göstərdiyini qınayıb və bildirib ki, belə təzyiqlər onların missiyasını yerinə yetirməsinə mane ola bilməz: “Bu taktikalar bizi Qəzzəyə yardım çatdırmaq və qanunsuz blokadanı yarmaq vəzifəmizdən yayındıra bilməz. Bizi qorxutmağa yönələn hər cəhd yalnız qərarlılığımızı gücləndirəcək.”

Missiyanın əsas məqsədi Qəzzəyə humanitar yardım çatdırmaqdır və bu layihəyə 44 ölkədən aktivistlər dəstək verir.

Yunanıstan sahillərindəki insidentlə bağlı daha geniş araşdırma və rəsmi açıqlamaların verilməsi gözlənilir. Eyni zamanda, regional aktorların və beynəlxalq təşkilatların hadisəyə münasibəti yaxın saatlarda aydınlaşa bilər.

AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

1Sources