EN

Azərbaycan qılıncoynatma yığmasının baş məşqçisi: “Ölkəmizi qızıl medalsız qoymayacağıq”

Sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın səkkiz şəhərində keçiriləcək MDB Oyunlarında qılıncoynatma komandamız tam heyətlə mübarizə aparacaq.

“Müşketyorlar”ımızın baş məşqçisi Çingiz Mustafayevin İdman.biz -ə verdiyi məlumata görə , komandanın heyətində 32 idmançı yer alacaq.

“Bu yarış bizim üçün ehtiyatlarımızı sınamaq üçün əla fürsətdir, biz bundan yararlandıq. Komanda 2006-cı il təvəllüdlü və daha gənc idmançılardan ibarətdir. Bu, Azərbaycan qılıncoynatmasının gələcəyidir. Ev sahibi statusundan istifadə edərək gənclərə şans vermək istədik və geniş heyət ayırdıq. Həm oğlanlar, həm də qızlar arasında 8 qılıncoynadan və 8 şpaqaçı çıxış edəcək. Ümid edirik ki, ölkəmizi qızıl medalsız qoymayacayıq,” – deyə baş məşqçi vurğulayıb.

Vüqar Vüqarlı

İdman.biz

Chosen
57
1
idman.biz

2Sources