EN

Kəşfiyyatçı Səyyaf Əhmədovla vida mərasimi keçirilir

Ötən gün mina partlaması nəticəsində həyatını itirən gizir "Xanı" ləqəbi ilə tanınan Səyyaf Əhmədovun meyti ailəsinə verilib.

Olaylar.az-ın xəbərinə görə mərhum Səyyaf Əhmədovla yaşadığı Ağdam rayon Baharlı qəsəbəsindəki evində vida mərasimi keçirilir.

Qeyd edək ki, dünən Ağdam rayonunda mina hadisəsi baş verib.

Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıblar.

Bildirilib ki, Ağdam rayonunun Mirəşelli kəndi ərazisində 2025-ci il 23 sentyabr tarixində mina hadisəsi baş verib. 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
33
9
olaylar.az

10Sources