EN

Baş məşqçinin evi qarət olundu

Portuqaliya milli futbol komandasının baş məşqçisi Roberto Martinesin Kaşkayş şəhərindəki evinə naməlum şəxslər tərəfindən basqın edilib. Hadisə nəticəsində dəymiş ziyanın bir milyon avrodan çox olduğu bildirilir.

Modern.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.

Cinayətkarların evə mətbəxdən daxil olaraq qiymətli zinət əşyaları və bahalı saatları oğurladıqları qeyd olunub. Soyğun zamanı Martines evdə olmayıb, hadisənin yeganə şahidi isə evin gözətçisi olub.

Xatırladaq ki, 52 yaşlı Roberto Martines 2023-cü ilin yanvarından Portuqaliya yığmasına rəhbərlik edir. O bundan əvvəl İngiltərənin "Suonsi", "Uiqan" və "Everton" klublarının, həmçinin 2018-ci ildə dünya çempionatında bürünc medal qazanan Belçika millisinin baş məşqçisi olub.

Chosen
26
modern.az

1Sources