EN

Kəşfiyyatçı “Xanı” ilə vida mərasimi keçirilir

Xəbər verdiyimiz kimi, ötən gün kəşfiyyatçı "Xanı" kimi tanınan Səyyaf Əhmədov minaya düşərək həlak olub.
 
Moderator.az-ın məlumatına görə, Ağdam rayonunda mərhum kəşfiyyatçı ilə vida mərasimi keçirilir.
 
Qeyd edək ki, mina hadisəsi Ağdam rayonunun Mirəşelli kəndində baş verib. 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub. Onun nəşi ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Chosen
45
4
moderator.az

10Sources