EN

THE agentliyinin rəsmisi: Hər il Azərbaycandan daha çox universitet beynəlxalq reytinq siyahılarında yer alır

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 24 sentyabr, AZƏRTAC

Fikrimcə, Avrasiya qlobal ali təhsil üçün ən mühüm regionlardan biridir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində “Times Higher Education”nun (THE) qlobal məsələlər üzrə baş direktoru Fil Beyti deyib. O bildirib ki, artıq Avrasiya regionunda mühüm araşdırmalar aparmaq üçün infrastruktur və şərait yaradılıb: “Bu region Qərblə Şərqin birləşdiyi yerdə yerləşdiyi üçün coğrafi cəhətdən çox mühümdür. Tarixən də bu coğrafi ərazi həm ticarət, həm elm, həm də mədəniyyətlərarası mübadilə üçün əhəmiyyətli rol oynayıb. Müasir dövrdə isə Avrasiya regionu araşdırmalar və innovasiyalar baxımından mühüm rol oynayacaq”.

Fil Beyti əlavə edib ki, Azərbaycan Qafqaz və Mərkəzi Asiya regionunda liderlik rolu oynayır. O qeyd edib ki, hər il Azərbaycandan daha çox universitet beynəlxalq reytinq siyahılarında yer alır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
2
azertag.az

3Sources