EN

ADPU hansı xarici universitetlərlə əməkdaşlıq edir? - SORĞU

Universitetlərin beynəlxalq əməkdaşlıq şəbəkəsi onların yalnız təhsil keyfiyyətini artırmır, həm də tələbələr üçün geniş imkanlar yaradır.

Dünyanın müxtəlif ölkələrində yerləşən nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq, tələbələrə ikili diplom proqramları, təcrübə imkanları, elmi layihələrdə iştirak və qlobal bilik mübadiləsi imkanı təqdim edir.

AzEdu.az əməkdaşlıq etdikləri xarici universitetlərlə bağlı ali təhsil müəssisələrinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq universitetin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti dünyanın müxtəlif ölkələrindən 70-dən çox universitetlə əməkdaşlıq edir. Corc Vaşinqton Univesiteti, Hacettepe Universiteti, Bartın Universiteti, Qazi Universiteti, Balıkesir Universiteti, Kahraman Maraş Sütçü İmam, Izmir Bakırçay Universiteti, Selcuq Universiteti, Başkent Universiteti, Bahçeşehir Universiteti, Istanbul Aydın Universiteti, Nevşehir Hacı Bektaş Veli Universiteti, Vytautas Magnus Universiteti, Rumıniya Galati Dunarea De Jos Universiteti, Niderlandın Vittenborq Tətbiqi Elmlər Universiteti, Qazaxıstan Milli Qadın Müəllimləri Təkmilləşdirmə Universiteti, Özbəkistanın Ürgənc Dövlət Pedaqoji İnstitutu, Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Fərqanə Vilayətinin Pedaqoji Bacarıqlar Mərkəzi, Özbəkistan Məmun Universiteti, Nəvai Dövlət Universiteti, Özbəkistan Respublikası Xarəzm Vilayəti Pedaqoji Ustalıq Mərkəzi, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Cizzak Dövlət Pedaqoji Universiteti ADPU ilə ən sıx əməkdaşlıq əlaqələri olan universitetlərdir.

Chosen
13
azedu.az

1Sources