EN

Serbiya Azərbaycanla yeni qaz sazişini ən qısa zamanda imzalamaq istəyir

Hökumətlərimiz Azərbaycan-Serbiya əməkdaşlığının genişləndirilməsində maraqlıdır.

APA xəbər verir ki, bunu Serbiya Milli Assambleyasının Sədri xanım Ana Brnabiç Bakıda Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə mətbuat brifinqində deyib.

Sədr bildirib ki, ölkələrimiz arasında ticarət dövriyyəsini artırmaqda qərarlıdırlar: “Azərbaycan dünyada enerji təhlükəsizliyini təmin edən ən etibarlı ölkələrdən biridir. Biz enerji sahəsində əməkdaşlığımızı genişləndirməyə önəm veririk. Biz Azərbaycan qazını Bolqarıstana da ötürə biləcək, Serbiyada qazla işləyən elektrik enerjisi stansiyası inşa edəcəyik. Müvafiq nazirliklərimiz bu işləri yekunlaşdırmaqdadır. Yeni qaz sazişini ən qısa zamanda imzalamağı arzulayırıq”.

Chosen
35
4
apa.az

5Sources