EN

Azərbaycan millisinin üzvü Türkiyə klubuna keçdi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının müdafiəçisi Fidan Cəfərova gələcək karyerası ilə bağlı qərarını verib.

Operativ Media-nın məlumatına görə, Cəfərova Türkiyənin "Hakkarigücü" klubuna transfer olunub. Tərəflər bir illik müqavilə imzalayıblar.

Xatırladaq ki, futbolçunun sonuncu klubu Bakının "Neftçi"si olub.

Chosen
33
operativmedia.az

1Sources