EN

TALIBOV GÜRCÜSTANDA SATDIĞI OTELİ GERİ ALDI – Necə maliyyələşdirdiyini də AÇIQLADI + FOTO

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov Gürcüstandakı lüks oteli yenidən əldə edib.

Ulusal.az xəbər verir ki, bu haqda OCCRP təşkilatı internet resurslarında məlumat yayıb.

Məlumatda idia edilir ki, R. Talıbov isə “Divan Suites” adlı oteli 2023-cü ilin yanvarında satlb, üstündən iki ildən artıq vaxt keçəndən sonra geri alıb. R. Talıbovun bu ilin mayında Batumidəki oteli geri almaq üçün 8,6 milyon dollar ödəməyə razılaşdığı, bu faktın səhm alqı-satqısı sənədlərində də əksini tapdığı iddias edilir.


R. Talıbov elektron poçt vasitəsilə ünvanlanan suallara cavabında bildirib ki, otel və sahilyanı əmlak Gürcüstan və Azərbaycan banklarından götürülmüş kreditlər hesabına maliyyələşdirilib. Onun sözlərinə görə, iki il əvvəlki satış və otelin yenidən alınması “aktivlərin və investisiyaların digər potensial hədəflərə yönəldilməsi” strategiyası ilə bağlı olub.

 

Hazırda otel “London 1889” brendi ilə fəaliyyət göstərir. R. Talıbov bu əmlakı “London 1889”un sahibi olan “B-Pearl Turizm” MMC-nin 100 faiz səhm paketini almaqla əldə edib.

Daha sonra həmin şirkət vasitəsilə əlavə daşınmaz əmlak alıb. İyul ayında şirkət Batuminin kənarında yerləşən sahilyanı Maxincauri qəsəbəsində 2 082 kvadratmetrlik torpaq sahəsini 730 min dollara alıb.

OCCRP yazır ki, bu alış R. Talıbovun Gürcüstanda daşınmaz əmlak biznesinə qayıtdığını göstərir.

Qeyd olunur ki, OCCRP 2022-ci ildə Rza və qardaşı Seymurun saxta şirkətlərdən şübhəli köçürmələrlə 20 milyon dollardan çox vəsait əldə etdiyini üzə çıxarmışdı. Qardaşların BƏƏ-də və Gürcüstanda 63 milyon dollarlıq əmlaka sahib olduqları da bildirilmişdi. Həmin vaxt qardaşlar bu iddialarla bağlı şərh verməmişdilər.

OCCRP 43 yaşlı R.Talıbovun hazırda Bakıda miqrasiya rəsmisi kimi vəzifədə olduğunu yazır.

R. Talıbov son tranzaksiyalar barədə OCCRP-nin suallarını cavablandırmayıb. O, yalnız qeyd edib ki, Azərbaycan qanunvericiliyinə əsasən, dövlət qulluqçularının hüquqi şəxslərdə səhm və ya pay sahibi olması qadağan olunmayıb.


Lakin “Dövlət qulluğu haqqında” Qanunda göstərilir ki, dövlət qulluqçusu qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti barədə maliyyə hesabatı təqdim etməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməlidir.

R. Talıbovun gəlir deklarasiyası verib-vermədiyi isə ictimaiyyətə açıqlanmayıb.

Qeyd edək ki, iddialarla bağlı R. Talıbovun da mövqeyini işıqlandırmağa hazırıq.“AzPolitika.info”

Chosen
20
1
moderator.az

2Sources