EN

Ukrayna ordusu Sevastopola hücum etdi

 

Ukrayna ordusu sentyabrın 24-nə keçən gecə Sevastopola hücum edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə şəhərin meri Mixail Razvojayev "Telegram"da məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya regionlarına hücum edən 70 pilotsuz təyyarədən 16-sı Sevastopolda hədəfləri vurmağa cəhd edərkən məhv edilib. O, hücumu dəf etmək üçün hava hücumundan müdafiə vasitələrinin səfərbər olunduğunu qeyd edib.

Dronların hücumu dəf edilib və şəhər obyektlərinə heç bir ziyan dəyməyib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 24-nə keçən gecə Ukrayna qüvvələri Belqorod, Kursk, Rostov və Volqoqrad vilayətlərinə də hücum edib. Rostov vilayətinin Taqanroq şəhərində bir neçə binaya ziyan dəyib, iki nəfər yaralanıb.

Chosen
17
1
hurriyyet.az

2Sources