EN

Hamilə olduğunu doğuş zamanı öyrəndi - FOTO

ABŞ-də qeyri-adi olay yaşanıb.

Milli.Az xəbər verir ki, ABŞ-nin Chesterfield bölgəsində yaşayan Becca Johnson üçüncü uşağına hamilə olduğunu doğum vaxtı bilib.

Johnson deyib ki, doqquz ay ərzində hamilə olduğunu bilməyib. İlk dəfə sentyabrın 9-u qəribə narahatlıq hiss edib. O səhər alt qarın hissəsində o qədər güclü ağrı hiss edib ki, xəstəxanaya gedib.

Həkimlər qadının şikayətlərini dinlədikdən sonra böyrək problemi və ya yumurtalıq kisti şübhəsini irəli sürüblər. Həkimlərlə danışarkən Johnson dünyaya uşaq gətirib. Məlum olub ki, o səhər ağrılar əslində doğuş sancıları imiş.

Johnson üçün üçüncü uşağının doğulması möcüzə hesab olunur. Qadın bildirib ki, evliliyinin ilk illərində o və həyat yoldaşı sonsuzluq müalicəsi almalı olub. 2016-cı ildə ilk dəfə uşaq dünyaya gətirib, lakin həkimlər bunu sadəcə təsadüf hesab ediblər. Həmin vaxt həkimlər ikinci hamiləliyin ehtimalının az olduğunu bildiriblər, amma 2024-cü ildə o, ikinci qızını doğub.

İsmayıl
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Chosen
6
2
milli.az

3Sources