EN

HƏMAS İsraillə əməkdaşlıqda şübhəli bilinən insanları Qəzza küçələrində EDAM ETDİ – FOTO

Həmas yaraqlıları İsraillə əməkdaşlıqda şübhəli bilinən insanları Qəzza küçələrində edam ediblər.

İnterpress.az xəbər verir ki, BBC tərəfindən təsdiqlənmiş videolarda HƏMAS yaraqlılarının İsraillə əməkdaşlıqda ittiham olunan insanları açıq şəkildə edam etdiyi görünür.

Daha çox Qərb dövlətləri Fələstin dövlətini tanımağa hazır olduqlarını bəyan etdikcə, Qəzzada amansız edamların görüntüləri ortaya çıxır.

Kadrlarda gözləri bağlı, əlləri bağlı, diz çökmüş üç nəfər görünür.

Yaraqlılardan biri deyir: “Bütün əməkdaşlar haqqında ölüm hökmü çıxarılıb”.

Terrorçular daha sonra onları yerə yıxaraq başlarının arxasına dəfələrlə atəş açır.

HƏMAS-ın məlumatına görə, ölənlər qruplaşmaya qarşı döyüşmək üçün İsraildən silah aldığı iddia edilən klandan olub.

BBC qeyd edir ki, bu cür “cəzalar” Qəzzada mütəmadi olaraq baş verir.

HƏMAS dəfələrlə fələstinliləri şikəst edib və öldürüb, hətta onları İsraildən yemək qəbul etməkdə ittiham edib.

Yaraqlılar bəzən bu cür edamların videolarını internetdə yerləşdirirlər.

Bu arada Fələstinin tanınması ilə bağlı beynəlxalq müzakirələr yeni səviyyəyə çatır.

Böyük Britaniya, Kanada və Avstraliya artıq Fələstin dövlətini dəstəklədiklərini bəyan ediblər, Fransa isə BMT Baş Assambleyası ərəfəsində mövqeyini bir daha təsdiqləyib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
13
1
interpress.az

2Sources