EN

Hərbi xidmətə çağırışla bağlı qərar: Yanvarln 1-dən... - Rusiyada

Rusiya Dövlət Duması hərbi xidmətə ilboyu çağırış haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

 

Qanun layihəsinə bu gün Dumanın keçirilən plenar iclasında baxılıb.

 

Parlamentin aşağı palatası təqvim ili ərzində - yanvarın 1-dən dekabrın 31-dək hərbi xidmətə çağırış haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

 

Qanuna əsasən, il ərzində tibbi müayinələr və çağırış kollegiyasının iclasları keçiriləcək, vətəndaşlar müəyyən edilmiş müddətlərdə xidmətə göndəriləcək.

 

Qeyd edək ki, indiyə qədər Rusiyada hərbi çağırış ildə iki dəfə, yaz (aprelin 1-dən iyulun 15-dək) və payız (oktyabrın 1-dən dekabrın 31-dək) çağırışı olub.

 

APA

Tarix: 24 Sentyabr 2025, 14:02   
Chosen
15
12
pravda.az

10Sources