Masallı rayonunda itkin düşən 2011-ci il təvəllüdlü Ümid Tağıyev tapılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Missiya.Az-a bildirilib ki, həmin yeniyetmənin olduğu yer polis əməkdaşları tərəfindən müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, 2011-ci il təvəllüdlü Ümid Tağıyev 22 sentyabr saat 23 radələrində yaşadığı evdən çıxaraq geri qayıtmayıb.