EN

Kəlbəcər, Laçın, Ağdərə və Xocalını əhatə edən yeni milli parkın ilkin xəritəsi hazırlanıb - Vüqar Kərimov

Laçın. Trend:

Kəlbəcər, Laçın, Ağdərə və Xocalı rayonlarının ərazilərini əhatəetməklə yaradılması təklif olunan yeni milli parkın ilkinxəritə-sxemi hazırlanıb.

Trend-inQarabağ bürosu xəbər verir ki, bunu ekologiya və təbii sərvətlərnazirinin müavini Vüqar Kərimov Ekoloji məsələlər üzrə İşçiqrupunun növbəti iclasında deyib.

O qeyd edib ki, məsələ ilə bağlı işlər Azərbaycan RespublikasıPrezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilərazılaşdırılıb:

"Hazırda bu istiqamətdə zəruri sənədləşdirmə işləri davametdirilir. Artıq Azərbaycan Respublikası Prezidentinin aidiyyətixüsusi nümayəndəlikləri ilə xəritə-sxem üzərində bəzi məqamlarrazılaşdırılıb".

Chosen
8
8
az.trend.az

10Sources