Adelet.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Əliyev Mübariz
(Lirik poema)
Xalqımızın böyük milli şairi,bütün varlığıyla o taylı,bu taylı Azərbaycana bağlı olan
Xalq şairi Məmməd Araza ithaf olunur.
PROLOQ
Ey könül,istəyirəm bir yeni dastan yaradım,
Duyğumu nəzmə çəkim,söz ilə bostan yaradım.
Ustadlar ustadına səcdə qılım şamu-səhər,
Cümlədən ölkə qurum,kəlmədən ostan yaradım.
Sürüm ağ yerləri mən,saf toxumlar səpim ora,
Hər sözə ruh verərək hikməti xasdan yaradım.
Can verim hər çiçəyə,hər ağaca,hər kola mən,
Kağızlar üstə yeni güllü gülüstan yaradım.
Bülbülü-şeyda olum,nalə çəkim sola,sağa,
Fərəhi,şadlığı mən candakı yasdan yaradım.
Arazın aşiqini ehtirami-yad eləyim,
Özümü oxşadım mən Sədiyə Bustan yaradım.
Oxuyan duyğulu kəs söyləsin əhsən,Mübariz,
Alım öz qüdrətimi təb kimi dostan yaradım.
01.09.2014-cü il,saat 12-37.
Azərbaycan-dünyam mənim,
Zaman-zaman gerçəkləşən
Ağlasığmaz röyam mənim.
Başı göydə,ayaqları yerdə olan
Əzəmətli qayam mənim.
Tarixlərdən keçib gələn,
Öz yolunu seçib gələn-
Yenilməyən qayəm mənim.
Dünənimə ehtiramım,
Bu günümə sayəm mənim.
Dünya boyda surəm mənim,
Dünya boyda ayəm mənim.
Hörmət payım,izzət payım,
Hansın deyim,hansın sayım?-
Zamanların bulağından-
Atəşləri içib gələn.
Bu dünyaya sığışmayan
Eşqi ümman dəryam mənim.
Heyrət payım,qeyrət payım,
Zaman-zaman qazandığım-
İbrət dərsim,haqqı-sayım.
Həm toy-düyün,həm də vayım.
Abır,ismət,həyam mənim,
Həm gerçək,həm röyam mənim.
Dumanlarda itən dağım,
Behişt evim,Cənnət bağım.
Hər vaxt dirim,hər vaxt sağım.
Qəlbi geniş,üzü ağım,
Könlümdəki eşq sursatım,
Qəlbimdəki eşq yarağım.
Yerim mənim,göyüm mənim,
Ayağımdan başımacan-
Olası hər şeyim mənim.
Tar-kamanım,neyim mənim.
Məni ayaq üstə tutan
Bir tükənməz heyim mənim.
Azərbaycan-könlümə yar,
Ürəyimin başı olan-
Gözlərimin yaşı olan,
Ömrün yazı,qışı olan-
Qızıl ölkə,altun diyar.
Bu dünyada sən olmasan
Hansı bir mərd,hansı insan-
Canı dura-dura sənin
Adidən də adi olan,
Bir daşına başın qoyar?
Qoysa belə içəridən,
Qəhri-qəzəb könlün oyar.
Öz canına qıyar amma,
İnanmıram sənə qıyar.
Bu dünyada sən olmasan,
Heç dünyadan gözüm doyar?
Yoxluğuma var olmağım,
Öz əlilə nöqtə qoyar.
Azərbaycan-ağrılı yurd,
İçəridən yedi səni-
Əsirlərlə parazit qurd.
(Başa çəkib acları sən,
Kim deyib ki,yedirt,qudurt?!)
Kim deyibsə səhv deyibdi,
Sayıqlığı bir an unut.
Yəqin sənə ali adı,
Qoymuş o vaxt dədəm Qorqud.
Çox bəlalar çəkib başın,
Qan ağlayıb dağın,daşın.
Çeşmələrin gözlərindən
Axıb gedən qanlı yaşın.
Qan köynəyin soyunmayıb,
Bu gün belə dağın,daşın.
Tarixdəki bəlli yaşın.
Baharlardan dəfələrlə,
Çox olubdu qarlı qışın.
Çox bəlalar çəkib başın:-
Minilliklər ötsə belə,
Səlnamələr bitsə belə,
Sinən üstə yaraların-
Qanlı yeri itsə belə,
Başdan-başa qızıl qandı.
Pal-paltarın,üstün-başın,
İçindəki qan yaddaşın-
Bənzərsiz bir qızıldandı.
Dərin zəkan,ağlın,huşun,
Bir də azad könül quşun-
Bənzərsiz bir qızıldandı.
Zaman-zaman əzilmisən,
Döyülmüsən,nazilmisən.
Tikə-tikə doğranmısan,
Qıyma-qıyma kəsilmisən.
Çoxalmısan,əksilmisən;-
Ədəd sayın artıb amma,
Nam sarıdan əksilmisən
Nam sarıdan kiçilmisən,
Yeyilmisən,içilmisən.
Bir yol kimi keçilmisən,
Bir zəmi tək biçilmisən.
Nə olca da yaşamısan,
Nəslimizi eralardan-
Üzü bəri daşımısan.
Yönü bura tuşlamısan,
Bu yoluna başlamısan.
Gətirmisən bu günlərə,
Sürgünlərdən sürgünlərə.
Şər əlilə qovulmuşuq,
Ovum-ovum ovulmuşuq-
Tükənmişık,sovulmuşuq.
Daş üstündə cücərmişik,
Yenə nəsil becərmişık.
Çoxalmışıq,biz artmışıq,
Özümüzü təkrar-təkrar,
Dönə-dönə yaratmışıq.
Bizi dalda qoyan vaxta,
Cəhdlər edib biz çatmışıq.
İsti döyüb canımızı,
Soyuq döyüb canımızı.
Yeyə-yeyə ürəklərdə,
Qızıl-qızıl qanımızı-
Böyümüşük,boy atmışıq.
Özümüzü dönə-dönə,
Sözümüzü dönə-dönə,-
Nəslimizi dönə-dönə,
Əslimizi dönə-dönə,
Bərpa edib yaratmışıq.
Azman,köklü ağac kimi
Qoca tarix göylərinə-
Biz qol-budaq çox atmışıq.
Azərbaycan-soyum mənim,
Şux qamətim,boyum mənim!
Yaxşı gündə toyum mənim,
Yaman gündə vayım mənim.
Qaradağım,Savalanım,
Sizsiz gərək havalanım!
Gecə-gündüz dəli olum,
Haqq-ədalət əli olum.
Orda mənsiz qul olanlar,
Ömrü qara pul olanlar;-
Ərdəbilim,Xoyum mənim,
Qəmlər ilə olmalıdır-
Bundan belə toyum mənim
Boğazımdan onlar yoxsa,
Necə keçir duz-çörəyim,
Necə keçir suyum mənim?
Bakım mənim,Şəkim mənim,
Zaman verən çəkim mənim.
Gəncəm mənim,Qubam mənim,
Pak,müqəddəs obam mənim.
Naxçıvanım,Bərdəm qalam,
Ürəyimdən Sizlərə də-
Dönə-dönə olsun salam!
İncidərəm,Batabatım,
Sizlərə də çatmalıdır-
Yüyən yeyən könül atım!
Çıraqqalam,Dərbənd qalam,
Görmürsünüz qarşınızda-
Əfv olunmaz günahkaram.
Ay Kür atam,Araz anam,
Gərəkdi alışam,yanam.
Səhvlərimin oduna mən,
Ləkə saldım adına mən.
A çay balam,çeşmə balam,
Sizi belə görməkdənsə-
Kaş ki,dönəm bir daş olam!
Xəzər sonam,Göy göl qızım,
Tale günüm,baxt ulduzum.
Arxa olun az səhv edim,
Kömək edin az uduzum.
Sürbəsindən ayrı düşən,
Qərib durnam Borçalıdı.
Yaylaqları gülgün naxış,
Ormanları xonçalıdı.
Küsmə məndən ay Şamaxı,
Könül sənsiz çəkər ahı.
Mərənd bacım,Əhər bacım,
Hər biri bir şəhər bacım.
Urmiya bir taxtı-tacım,
Şuşa Kəbəm,Təbriz Hacım!
Qəlbim ocaq,sinəm sacım,
Sizlərə çox ehtiyacım.
Dağlar babam,düzlər nənəm,
Çöllər,düzlər qardaş-bacım.
Göyçəm mənim,Mehrim mənim,
Nəğməm mənim,şerim mənim.
Ağcabədim,Lənkəranım,Şah damarda axan qanım.
Ağstafam,Beyləqanım,
Bir bədəndə qoşa canım.
Sizlərsiz bu həyata mən,
Özümü sağ necə sanım?
Mənim ətim,mənim qanım,
Bir bədəndə qoşa canım.
Durun bir az ayaq üstə,
Sağalmalı könül xəstə.
Qarabağım,qara baxtım,
Qana batmış qara taxtım.
Qarlı qışda keçir sizsiz,
Tale vaxtım,ömür vaxtım.
Əsirlikdə qalan ellər,
Sizə qıydı qanlı əllər.
Gözlərimdən alındınız,
Ayrılığın məhbəsinə,
Zaman-zaman salındınız.
Ömrüm-günüm nalan olub,
Gülləriniz talan olub.
Bu qədər ki,mən çəkirəm,
Dərd yanımda yalan olub.
Hara döndüm qan çilənən,
Kirli,paslı qara baxdım.
Hara ki,mən üz çevirdim,
Ora getdi qara baxtım.
Sizə oğul olmadım yox,
Əməlimdə səhvlərim çox:-
Özüm gəldim Sizləri mən,
“Peşkəş”etdim it soyuna.
Söyləyən də olmadı heç,
Hələ bunun bax boyuna.
Utanmazın,ölməzin sən,
Mən ölçüdə,mən biçimdə-
Hoyuna bax,bir hoyuna.
Özü ilə oynadığı,
Oyuna bax,bir oyuna.
Qoca qartal Təbriz mənə,
Yalvarıram dönə-dönə.
Könül sənə yetmək üçün,
Ona özün təpəri ver.
Babalardan miras qalan,
Cəhlimi ver,ləpiri ver.
Girdən düşən süst dizimə,
Güc,qüvvədən həpiri ver.
Sözlərimin qüdrətinə,
Əlim yazan sətiri ver.
Ürəyimə sevgilərin,
Yaratdığı ətiri ver.
Xəyal mənim,duyum mənim,
Öz havam,öz suyum mənim,-
Amma mənə çatmayırsan.
Gəlsən belə mənə sarı,
Yarı yolda yorulursan-Yarı yolda çatlayırsan.
Yəqin sən də mənim kimi,
Tutammırsan sarı simi.
Bu dərdləri çəkə-çəkə,
Qəm toxumu əkə-əkə-
Dəmi qəmə qatmayırsan.
Könlünü çum edə-edə,
Dadıb təhdid,dadıb hədə-
Gecə-gündüz yatmayırsan.
Bir sapanda qoyun məni,
Atın ora,atın ora,
Harda ellər düşüb dara.
Bəlkə dəstək ola biləm,
Odlu istək ola biləm,-
Orda mənsiz qalanlara,
Dərdə əsir olanlara.
Yaralara məlhəm gərək,
Nə edərik baxaq,görək.
Olam könül həmdəmi mən,
Siləm ordan hər qəmi mən.
Könül,bəlli dincəlməyir,
Gecə-gündüz yatmayırsan.
Çatlayırsan,partlayırsan,
Dərdi dərdin,qəmi qəmin,
Üstə gündə qatlayırsan.
Bir belə ki,daş atıblar,
Heç inanmaq olmur necə,
Gözünəcən batmamısan.
Dərd alıb,qəm satmamısan.
Əli salıb belə nəfə,
Lap yüz dəfə,lap min dəfə,-
İçində qəm çəkə-çəkə,
İçərindən çökə-çökə-
Başlamısan yaxşı kefə.
Dərd alıb qəm satmamısan,
Yeri göyə qatmamısan.
Belə getsə necə baxar,
Ər babalar üzümüzə?
Kim baxacaq,sən baxmasan,
Qan ağlayan ərzimizə?!
Nə çəkirəm Şuşa bilər,
Dərd əlilə ciliklənən-
O təmiz,saf şüşə bilər.
Ayrılığın siqlətini,
Dərdli bənövşə bilər.
Şirvan,Muğan,Mil də oyaq,
Könül çəkən naləm,ahım-
Ayda oyaq,ildə oyaq,
Durub,qalıb bil də oyaq.
Nalələrim dildə oyaq,
Yol gözləyir zildə oyaq.
İçimizi dağıtmamış,
Onları biz hara yayaq?..
Bəlkə dərdlə aramıza,Araz boyda şırım açaq,-
Araz boyda çiban qoyaq?
Yara salaq,zədə salaq,
İşləri namərdə salaq?
Sən o üzdə,mən bu üzdə,
Belə boynu buruq qalaq.
Könül,axı,bu dərdləri
Daşımağın özü çətin.
Çəkən çəkib üstümüzdən,
Öz nəzərin,öz diqqətin.
Nə vaxtdandı başında var,
Qara bulud həqiqətin.
Nə etsək dəçəkilməyir,
Tərəzinin gözlərini-
Qara-qara əllər əyir.
Neyləyək ki,bu dünyada,
Əməllərə qədərincə-
Düzlük tumu əkilməyir?!
Həqiqətin başı üstən,
Qara bulud çəkilməyir!
***
Azərbaycan-ana vətən,
Övladların çətən-çətən.
Yer üzünə səpələnib,Ağrıların təpələnib.
Gecə-gündüz qəlbim mənim,
Bu ağrıyla nəğmə ötən,Bəlli deyil ölən,itən.
Ölənlərlə bir sırada
Az qalıb ki,dura bitən.
Evim mənim,odam mənim,
Özü boyda qadam mənim.
İçimdə sən,çölümdə sən,
Zənn etsəm də içimdəsən,-
Baxıb gördüm çölümdəsən.
Azda diri olsan belə,
Çoxda baxdım ölümdəsən.
Amma hara getsəm belə,-
Hansı yurda,hansı elə-
Canımdasan,könlümdəsən.
Necə deyim əlimdəsən?
Doğranmısan dilim-dilim,
Acıların qədərini-
Söylə,axı,hardan bilim?
Qəsd eləyir mənə ayım,
Qəsd eləyir mənə ilim.
Bəmlərimə arxa durur,
Ahımdarı könül zilim.
İtirirəm ağlı deyən,
Öz yerindən ilim-ilim.
Bir oğulam,ya nanəcib-
Bu kəsərsiz ağlım ilə
Söylə,bunu hardan bilim?
Kəsilsəm də tikə-tikə,
Doğransam da dilim-dilim...
Taleyimə qara günü
Qara-qara yazan əllər,
Biləyindən vurulmalı.
Ayrı cürə yox mümkünü,
Ağ günlərə çıxıb ellər-
Axar sular durulmalı.
Xəbislərə,dar gözlərə,
Haqq divanı qurulmalı.
Gecələri gündüzlərə
Qata-qata işləməli,
Ortalığa qoymalıdı-
Hər kəs doğru,saf əməli.
Nə bir könül usanmalı,
Nə elə can yorulmalı.
Bu tilsimlər əllərimlə,
Əbədilik qırılmalı...
***
Azərbaycan-odlu ölkəm,
Həm doğma,həm yadlı ölkəm.
Düşməni az,dostları çox,
Heç bir kəsdən qorxusu yox.
Həm könlü,həm gözləri tox,
Bir tarixə sığışmayan-
Şan-şöhrətli,adlı ölkəm.
Baldan şirin,dadlı ölkəm.
Üzərindən getsə kölgən-
Nə günlərə qalar,söylə,
Uzaq bölgən,yaxın bölgən?
Doğanağa yaxın gəlməz,
İnan onda ömür örkən.
Göy ümmanda ağ gəmisən,
Sən ümidin artığısan,
Şübhələrin bir kəmisən.
Dərdlər çəkən başın ilə
Gözlərimin,oy,nəmisən.
Biçılməmiş vağam zəmi,
Sarı sünbül bir zəmisən.
Sevincimin həmdəmisən,
Kədərimin həmdəmisən.
Bir gözümün öz sevinci,
Bir gözümün öz qəmisən.
Dözsən belə sınaqlara,
Dözsən belə qınaqlara,
Düşməmisən danlaqlara.
Gözlərindən yaş axmayıb,
Xəcalətdən alov saçan
Qızmar-qızmar yanaqlara.
Tuş gəlsən də hədə dolu,
Uzun-uzun barmaqlara-
Zaman-zaman onları sən,
Çox vermisən dırmıqlara.
Azərbaycan-od dolu can,
Damarımdan axıb keçən-
Od nəfəsli bir həyacan.
Azərbaycan-ürəyimsən,
Havam,suyum,çörəyimsən.
Ağıl kimi gərəyimsən,
Hara getsəm,harda olsam!..
31.05.2014-cü il,saat 02-03
Azərbaycan-nur telli saz,
Mehlərində qeyri avaz.
Mənim könül tellərimə
Toxunmasa aram olmaz.
Coşub-daşan sellərinə,
Ağ ləpələr düzər almaz.
Bir qolu Kür,biri Araz,
Ürəyində min-min muraz-
Zaman-zaman dolaşdıran,
Şan-şöhrətli yurdum mənim.
Göyü yaqut,yeri mərcan,
Lalə-lalə sinəsi qan.
Həm balaca,həm də azman,
Yekə-yekə,dızman-dızman.
Qaya-qaya,zirvə-zirvə
Yenilməz bir ordum mənim.
Səcdə yerim,inanc yerim,
Bir ulu Boz qurdum mənim.
Təpəsi qış,ayağı yaz,
Göylər dələn dağım mənim.
Altı qızıl,üstü qızıl,
Sərvətli torpağım mənim.
Bu dünyaya ətir saçan,
Təzə-tər zanbağım mənim.
Yeddi rəngdən dəmət tutan,
Rənglər şahı,-ağım mənim.
Tarlam,çölüm,bağım mənim.
Yaşadığım bu həyata,
Ömrə,günə bağım mənim.
Nurlu çil-çırağım mənim.
Qobustanı dünya yaşlı,
Qaya huşlu,daş yaddaşlı,-
Köksü üstü qavaldaşlı,
Şəlalədən gümüş saçlı-
Çeşmələrdən gözü yaşlı,
Göy gölləri,Ağ gölləri-
Quba qazlı,yaşılbaşlı,
Ulu diyar,qədim məkan.
Cana qüvvət,ruha təkan,-
Verən soylu bir məmləkət.
Sərvi boylu pir məmləkət.
Olsam özüm,ölsəm ruhum,
Dolaşan oylağım mənim,
Aranım,yaylağım mənim.
Bir ağacsan budağında,
Həm bahar,həm qış çağında-
Açılar çiçəyim mənim.
Açılar yarpağım mənim.
Dörd fəsilin hər birində,
Öz vaxtında,öz yerində-
Dəstə-dəstə qucağına,
Köç eləyib quşlar gələr.
Elə bil ki,geri dönər,
Öz yerinə huşlar gələr.
Ayaq qatlar bir dincələr.
Azərbaycan-ağıl payım,
Babalardan,nənələrdən-
Mənə qalan nağıl payım.
Sən olmasan dayanmazmı,
Axmağından ömür çayım?
Boynumdakı haqqı-sayım,
Soyuq qışım,isti yayım.
Bir qəfildən vülkan kimi,
Yeri dəlib püskürürsən.
Yerə-göyə lərzə salar,
Ölçü bilməz hay-harayın.
Səni gəzsəm ürəyimi,
Öncə gərək mən arayım.
Ömür qoyum,can qoyum ki,
Bəlkə könül istəyində-
Bir işə də mən yarayım.
Azərbaycan-üfüqlərdə
Doğulan al günüm mənim.
Hara getsəm məndən qabaq,
Ora çatar ünüm mənim.
Olanda da,öləndə də,
Ürəyimi böləndə də,-
Səmtim mənim,yönüm mənim.
Razı olsan köksün altda
Ürək kimi döyünərdim.
Damara qan verməyimlə,
Cisminə qan verməyimlə,-
Zaman-zaman öyünərdim.
Nurlarını köynək kimi,
Əynimə mən geyinərdim.
Köksün altda gecə-gündüz,
Bir ürək tək döyünərdim.
Məni səndən salsa uzaq,
Taleyimin qarasına
Ömrü boyu deyinərdim.
Sənə bağlı olmağımla
Uşaq kimi öyünərdim.
Eşqin ilə yanmağa mən,
Gecə-gündüz can atıram.
Ocağını qalamağa
Düz ürəyin başı üstə
Ocaq yeri yaradıram.
31.05.2014-cü il,saat 23-40.
Azərbaycan-səcdəgahım,Kəbə evim,qibləgahım.
Taleyimə hökmü yazan,
Əvəzolmaz şahənşahım.
Ağlım əgər səhv eləsə,
Günah məni üstələsə,
Ömür mənə qəsd eləsə,
Ürəyimdən qalxan ahım.
Olsa belə çox günahım-
Qoymaz boynu buruq baxım.
Ay-ulduzlu zülmət gecəm,
Parlaq günlü al sabahım.
Ümid yerim,güman yerim,
Çətində də,asanda da-
Çox şeyləri uman yerim.
Başım üstdən yellər əsə
Nicat yerim,aman yerim.
Yollarımı qorxu kəsə,Qəfil çökən duman yerim.
Zaman-zaman ürəyimə ,
Nigaranlıq daman yerim.
Başı qaldan qala düşən,
Nəhs illərin əllərilə
Dost-düşməndən dala düşən.
Ağrılarla,acılarla
Sabahlara yola düşən-
Dərdə əsir yaman yerim.
Özü boyda yeri mərcan,
Özü boyda göyü yaqut
Könlümə ruh,cismimə can,
Sonsuz dilək,sonsuz umud
Həm hayqırtı,həm də sükut,
Zamana bir görklü sübut-
Olan məkan,olan diyar.
Səni,axı,məndən artıq
Kimlər anlar,kimlər duyar?
Duya belə hüzurunda
Dizlərini yerə qoyar.
Dönə-dönə səcdə edər,
Heyrətlərin göz önündə
Bu dünyaya müjdə edər.
Azərbaycan-əzəli od
Sonu nurlu odlu məkan.
Yaşamağa,yaratmağa,Zirvələrə can atmağa-
Həm bir xəyal,həm də imkan.
Özü boyda doğmaya gül,
Özü boyda yada tikan.
Taleləri yönləndirən
Qızıl açar,altun sükan.
Azərbaycan-görüş yeri,
Diləklərin gümüş yeri.
Milyon-milyon arzuların
Ürəklərə hopmuş yeri.
Saf suların öpüş yeri,
Ürəklərin gülüş yeri.
Dünyamızın doğan gündən
Bir parca tək qopmuş yeri.
***
Azərbaycan-ömür yolu,
Hər budağı,hər bir qolu-
Gül-çiçəklə,zərlə dolu
.
Çeşid-çeşid barla dolu,
Löyün-löyün varla dolu.
Özü cavan,yaşı ulu
Hər ağacı,hər bir kolu-
İsmətlərdən üzü sulu.
Hahaqlara tuşlanan ox,
Amma-amma haqqın qulu.
Yağı düşmən qəhrindən qorx,
Cızığından,gəl,çıxma çox.
Lazım gəlsə oddan belə,
Seldən belə çox qorxulu.
Təkcə sanma gül qoxulu,
Ya da dərin bir yuxulu.
Qəfil fontan vurar qəhri,
Yarılar könlünün zəhri.
Ürəyin öz saplağından
Bir qəfildən sınıb düşər.
Qəzəbini ox eliyər,
Köksünü yüz yerdən deşər.
Haqqın sadiq bir quludu,
Uludan da çox uludu.
Sanma yatıb yuxuludu,
Söylədim,ha,həddini bil,
Bir də deyim qorxuludu.
***
Azərbaycan-sınaqlara
Zaman-zaman sinə gərən
Ər oğullar vətənidir.
Döyüşlərdə son silahı
Qana batan kəfənidir.
Tarixlərin boz üzünə
Əsirlərlə üz göstərən
Babaların yurd yeridir.
Azad yerlər göyləridir,
Azad göylər yerləridir.
Boğulsa da al qanına,
Özü sözün deyə bilmiş-
Öz vaxtında zamanina.
Cəfa basıb öz canına
Öz haqqını qazanmış o.
Vaxtı çatıb etiraf et:-
Öz taleyin yazanmış o.
Tarix yaşlı ozanmış o!
Azərbaycan-qınaqlara
Önəm verən ulu diyar,
Böyüklüyün,ucalığın
Əməlilə qurub dağın-
Ancaq uca olan diyar.
Vaxta xoca olan diyar.
Ancaq uca olan diyar!
Azəbaycan-qan ağızlı
Qılınclara ovxar verən
Bir yeyilməz bülov daşı.
Tarixlərin görklə dolu
Huş saxlancı,qan yaddaşı.
Yandım deyən ana yerə
Nicat verən yaz yağışı.
Güllü yazı,qarlı qışı,
Nəzmə çəkər hər bir yaşı.
Azərbaycan-sivri uclu
Nizələrin ata yurdu.
Başı qarlı zirvələri
Qüdrətdən müzəffər ordu.
Qıra bilər kim qudura,
Gözlərindən doğan qurdu.
Qoca tarix yaddaşına
Tomrisləri,Babəkləri-
Azmı ilmə,naxış vurdu?
Cavanşiri zaman yordu.
Xətaisi körpə-körpə
Bir möhtəşəm ölkə qurdu.
Balı gəldi,başsız getdi,
Kim hayıxdı,kim qudurdu.
Getdi nakəs üzərinə
Qəzəblərim ordu-ordu.
Hiddətlərim ordu-ordu!
02.06.2014-cü il,saat 20-47.
Azərbaycan-ulu yurdum,
Bir qələmim,bir də süngüm-
Bir ürəyim,bir də özüm,
Keşiyində oyaq durdum.
Zaman-zaman ürəyimdə
Sevginə bir yuva qurdum.
Eşq evimə sözlər ilə
Bəzək çəkdim,naxış vurdum.
Yorulsam da dayanmadım,
Məhəbbətdən doyammadım.
Lap canımdan olsam belə,
Dönə-dönə coşqun selə-
Nə usandım,nə də durdum.
Pərvaz edib könlümü mən,
Gecə-gündüz göylərinə-
Dönə-dönə çox uçurdum.
Azərbaycan-ata yurdum,
Ürəyimdən hara getsəm
Səni sordum,səni sordum.
Ayrılığın bağlarını
Sevgilərlə belə qırdım.
Həm özümü,həm qəlbimi
Sora-sora gündə yordum.
02.06.2014-cü il,saat 22-08.
Azərbaycan-nəsibi qan,
Zaman-zaman şaqqalanan
Səlnamələr cünglərində
Dünya boyda adı qalan,
Ağızlarda dadı qalan.
Ləziz loxma,yağlı tikə,
Başı üstə çox fəlakət,
Baçı üstə çox təhlükə
Cövlan edən soylu məkan.
Uca-uca zirvələrdən
Şax qamətli,boylu məkan.
Əsirlərin yaddaşında
Nalə,fəryad,ahı qalan,
Gözü ağlar,könlü nalan.
Şər əliylə qıymalanan,
Şər əlilə parçalanan-
Qan-qadalı ulu torpaq.
Hər əlcəsi bir ləl olan,
Altı yatır,üstü sərvət,
Bərəkətlə dolu torpaq.
Məşəqqəti yığın-yığın,
Möhnətləri qalaq-qalaq.
Qızıl tarix vadisində
Cağlayan bir büllur bulaq.
Döyüşlərdən canı yorğun,
Bir az aşkar,bir az oğrun.
Qədəri boş,nəsibi kəm,
Tarixdə bir yaşıl zolaq.
Baxtı pozuq,eşqi həşəm,
Qisməti qıt,qaratalax.
Budaq-budaq,yarpaq-yarpaq
Qana batan ərlər yurdu.
Hər qayası qala,səngər,
Hər zirvəsi qalib ordu.
Yerişində ağır ləngər,
Duruşunda şux əzəmət.
Hər işinə qeyrəti şərt,
Hər işinə namusu şərt.
Almazdan bərk,poladdan sərt,
Öz baxtından bir özü pərt.
Hər ayına bir dərdi-sər,
Hər gününə bir fəlakət
Yaşadılan bir məmləkət.
Hər çınqılı,hər bir daşı
Tarixinin bir yaddaşı.
Hər oğulu bir Boz qurdu,
Bir yenilməz güclü ordu.
Adlı vətən,sanlı vətən,
Düz ilqarlı,şanlı vətən.
Ayaqları yerlərə tən,
Uca başı göylərə tən.
Ölümlərə bac verməyən
Yarandığı gündən bəri
Bir kisəyə baş əyməyən
Düz ilqarlı ana vətən.
Tale mənə dağ bassa da
Baxt əlilə lap assa da,
Haqqım çatmaz öləm,itəm.
Yaranmışam göyərəm mən,
Yaranmışam yaxşı bitəm.
Yaranmışam qoynunu mən
Cənnətmisal gülşən edəm.
Dönüb şeyda bülbülə mən,
Gecə-gündüz orda ötəm.
Hansı gülü quruya,bax,
Hansı seli quruya,bax-
Məcbur olam gülə dönəm,
Məcbur olam selə dönəm.
Yerinə mən özüm bitəm,
Yerinə mən axam,gedəm.
Azərbaycan-mənim qitəm,
Bu dünyaya soykökümdən-
Əvəzolmaz bir abidəm.
Azərbaycan-tər gül üstə,
Sübh şehinin saldığı mət.
Azərbaycan- şəfəqlərdən
Bağlanılan yaşıl dəmət.
İşıq payı,ziya payı,
Nənələrin,babaların-
Abır,ismət,həya payı.
Azərbaycan-ana göydə,
İldırımın yerə,göyə-
Lərzə salan od nəfəsi
Qartalların qıyya səsi.
Rəşadətin ürəklərdə
Yaratdığı cəzb qüvvəsə.
Sal qayadan özün atan,
Yıxılanda göydən tutan-
Havaya bir təlaş qatan,
Dəli-dolu şəlalənin
Dərələrə sığışmayan
Coşub-daşan zənguləsi.
Cabbar əmi,Zülfü əmi,
Muğamatın ümmanında
Limana yan alan gəmi.
Azərbaycan-Yzeyir bəy
Rübabında şahə qalxan,
Əzəmətli uvertura
Bu dünyaya Nəsimini
Bəxş etdi ki,şöhrətini
Zamanlara o çatdıra.
Azərbaycan-zirvəli dağ,
Dünən də sağ,bu gün də sağ.
Gümanlıyam sabaha da
Belə çıxar üzləri ağ.
Nizamisi,Füzulisi
Söz sərdarı,hikmət şahı,
Sabirləri,Səmədləri
El arxası,el pənahı.
Soyu atəş,əcdadı od,
Nə sevinclər ruhuna yad,
Nə kədərlər könlünə yad.
Bir an ondan ayrı düşə
Könül kişnər,edər fəryad.
Azərbaycan-alov saçan,
Yerin adı,yurdun adı.
Yana-yana atəşlərə,
Alovlardan alıb dadı.
Alov dadır hər naləsi,
Atəş dadır hər fəryadı.
Azərbaycan-atəşlərin
Cəm olduğu bir dəryadı.
Dalğası od,ləpəsi od,
Dəli yellər göy sulardan
Yaratdığı təpəsi od.
Alışdığı gur odlardan
Zaman-zaman qazanıbdı,-
Nəsilləri,soyları ad.
***
Azərbaycan-zaman-zaman,
Qana batan bir tarixdən –
Keçib gələn odlu diyar.
Babəkləri,Tomrisləri
Haqqa ölçü,düzə əyar.
Zamanı da öz əzminə,
Cürətinə heyran qoyar.
Haqlıları başa çəkər,
Haqsızların gözün oyar.
Gecə-gündüz yanmağından,
Nə usanar,nə də doyar.
Özün haqqa,ədalətə,
Yorulmaz bir elçi sayar.
Azadlığı ziya kimi
Əməlinin göylərindən-
Yerə yayar,göyə yayar.
Haqqa olan xidmətləri,
Özünə bir amal sayar.
Yaşadığı dünyanı da
Öz eşqinə heyran qoyar.
Əqidəsi,məsləki düz,
Qızıl təki,mis təkidüz.
Gecəsi düz,gündüzü düz,Saflığa üz,paklığa üz-
Qədim ölkə,ulu bir yurd.
Müqəddəslər müqəddəsi,
Zərdüşt baba,Dədə Qorqud.
Azərbaycan odlu ilham,
Varlığında bir ehtişam.
Ağılda dad,xəyalda tam,Hikmət ilə dolu bir cam.
Azərbaycan-mənim atam,
Azərbaycan-mənim anam!
Könül, şair yaranmışam,
Hər oduna özüm yanam!
Hər külünə bələnəm mən,
Zamanların ələyində-
Yaxşı-yaxşı ələnəm mən.
Kimliyimlə bəlli olam,
Çox müşkülün həlli olam.
Həm yaxşısı,həm də pisi,
Həm alovu,həm də hisi,
Həm soyuğu,həm istisi.
Həm odu mən,həm tüstüsü-
İlə eyni elli olam.
Aça bilib əli,qolu,
Bir duyulam,bilinəm mən.
Düz olmasa məslək yolum,
Öz ömrümdən silinəm mən.
Azərbaycan odlu nüvə,
Azərbaycan ürəyimdə-
Basılmayan böyük qüvvə!
Məslək eşqim,həyat andım!
Hər bir şeydən öncəsi mən,
Bu məhəbbətdən yarandım!
06.06.2014-cü il,saat 12-55.
Azərbaycan-yanar bir dağ,
Od-alovdan salınan bağ.
Atəş çeşmə,alov bulaq,
Od sərvəti qalaq-qalaq:-
Barı alov,bəhrəsi od,
Yerində dad,göyündə dad.
Saxlayan bir odlu məkan,
Ağzınacan odla dolu-
Qafqazlarda qızıl dükan.
Sinəsində uyuyubdu,
Nəhəng-nəhəng,azman-azman-
Min illərdən üzü bəri,
Püskürməyə hazırlaşan-
Od nəfəsli dəli vülkan.
Atəş dilli,bəli,vülkan!
Ürəyində qan yerinə,
Odlar axan,közlər axan,
Günəş soylu,odlu torpaq.
Nəhəg dünya ağacında,
Yamyaşıl bir odlu yarpaq!
Oda bülənd,nura bülənd,
Bu diyarda hər künc-bucaq.
Qoynunda qor qucaq-qucaq,
Qoynunda nur qucaq-qucaq.
İstəyim bu,diləyim bu,
Söndürməsin onu zaman.
Yanmağında nəfəsini
Dərməsin o heç bircə an.
Sarsıtmasın,qorxutmasın,
Gedən zaman,gələn zaman.
Çarəsizə nicat yeri,
İllacsıza ümid,güman.
Azərbaycan-bəhrə yolu,
Bar-bərəkət sağı-solu.
Min bir dərdə dərman olan,
Hər ağacı,hər bir kolu.
Özünə baxt yolu seçən,
Damarından qan yerinə-
Alov axan,odlar keçən.
Bir kimsəni bir addım da,
Bəhsdə önə buraxmayan,
Dəli-dolu sellər kimi,
Qoluna çox güc saxlayan.
Hamıdan çox özün ötən,
Hamıdan çox özün keçən.
Gecə-gündüz nurlar içən-
Başdan-başa ecaz dolu,
Sehirli bir odlu torpaq.
Löyün-löyün odlar ilə,
Hər açılan al səhəri-
Qarşılayar gündən qabaq.
Şəfəqləri tabaq-tabaq,
Bu dünyaya paylayan yer.
Həm bir gerçək,həm əfsanə,
Həm də elə başdan-başa-
Bir müəmma,bir gizli sirr.
Həm adi yer,həm də ki,dürr.
Azərbaycan-haqqın əli,
Ürək ilə sığal çəkən-
Əsrarəngiz bir məmləkət.
Möcüzələr möcüzəsi,
Şah möcüzə üstündə mət.
Gücüm catan,vallah,budu.
Gün gələr ki,qalanların
Söz rübabım eləyər mət.
Könül onda indikindən,
Yaxşı-yaxşı ötər əlbət!
Azərbaycan-odlu torpaq,
Kainatın ağacında
Odla dolu yaşıl yarpaq!
11.06.2014-cü il,saat 17-46.
Azərbaycan-odlu kürə,
Yaranışdan şöhrət göyə-
Yaranışdan şərəf yerə.
Olanları duya-duya,
Olanları görə-görə-
Əlimdəki qələm istər,
Ona sözdən çələng hörə.
Arxalanıb tuti dilə,
Cəhd eləyib ilmə-ilmə,
Çeşni-çeşni,naxış-naxış-
Atəş dolu sözlər ilə,-
Nəğmələrə hörə-hörə,
Sətirlərə nəqş eləyə.
Tutub təbin biləyindən,
Yaddaşının ələyindən
Odla dolu söz ələyə.
Ortaya bir qoya törə,
Ürəklərə mərə-mərə-
Duyğu dolu od bələyə.
Sevincini göyə yaya,
Sevincini yerə yaya.
Hər şeyini yaya-yaya,
Bəzək ola bu dünyaya.
Hər gələn gün doya-doya,
Doğrulara doğru qata,
Sorğulara sorğu qata.
Ağrılara aırı qata,
Sarğılara sarğı qata.
Duyğulara duyğu qata,
Uyğulara uyğu qata.
Ənginlərə çata-çata,
Arxa ola bu həyata.
Təb köhlənin yalmanına,
Hər gələn gün yata-yata.
Qızıl-qızıl nəğmə edə
Xəyalların qanadında
Uzaq-uzaq ulduzların
Yanlarına gedə,çata.
Yetişə vaxt,çata vədə,
Kəhkəşana qonaq gedə.
Ocağından odlar yaya,
Boynundakı haqqı-saya.
Dönə ilə,dönə aya,
Od mənbəli,qor mənbəli-
Çevrilə bir atəş çaya.
Odlar ilə körpü sala,
Bir-birindən görklü aya.
Ağıl açan qapı ola,
Sirlə dolu bu dünyaya.
Mənaları duya-duya,
Hikmətləri dada-dada.
Məhəbbətdən heykəl qoya,
Öz-özünə bu dünyada!
Yaratdığı hər cümlədən,
Bu dünyadan ömür doya.
Zərlə dolu hər kəlmədən,
Ağla,husa işıq yaya.
Bu dünyada özü boyda,
Dönə bənzərsiz dünyaya!
12.06.2014-cü il,saat 13-47.
Azərbaycan-ömür yazı,
Qızıl baxta haqdan yazı.
Misri üstə köklənilən
Ürəklərin telli sazı.
Nərmənazik gözəllərin,
Min işvəsi,min də nazı.
Bir qanadı dəli Kürü,
Bir qanadı xan Arazı.
Dəmin çoxu,qəmin azı.
Könlüm,söylə heç olarmı,
Bu baxt Ilə,de,narazı?
Könlüm-gözüm səndən razı.
Ağ gölləri,Göy gölləri,
Tuta bilmir yaşılbaşı-
Tuta bilmir quba qazı.
Hər birinin öz nəğməsi,
Hər birinin öz avazı.
Cənnət görər hara baxsa,
Bura gələn azı-azı.
Heyrət kəsər qabağını,
Yeridikcə addimbaşı.
Bir əfsundu dağın,daşın,
Bəlli olmaz bir kimsəyə-
Tarixlərdən qədim yaşın.
Zaman-zaman çox qadalar,
Çox bəlalar çəkib başın.
Çeşmələrin gözlərindən
Axıb gedən qanlı yaşın.
Yazlarından dönə-dönə,
Çoxlu olub qarlı qışın.
Zamanların ağır xışı-
Köksünü şum eləyibdi,
Hara getsən addımbaşı.
Qarq-qara daşlarını
Vaxt üstünə ələyibdi.
Vücudunu qızıl-qızıl
Qanlarına bələyibdi.
Öləndə də,qalanda da
İnildəyən dodaqları
Bir azadlıq diləyibdi.
***
Azərbaycan-atəşlərlə,
Mayalanan odlu torpaq.
Alışaraq,odlanaraq-
Yana-yana bir gün özü,
Qan qırmızı üfüqlərdə-
Doğulan al gün olacaq.
Azərbaycan-zaman-zaman,
Buludların döşlərindən-
Odlar əmən,atəş əmən
Orman-orman,çəmən-çəmən-
Tutuşaraq,alışaraq,
Gövdə-gövdə,budaq-budaq,
Çiçək-çiçək,yarpaq-yarpaq-
Qor toxumdan od göyərdən,
Gecə-gündüz yanar ocaq.
Atəşləri qucaq-qucaq,
Alovları qucaq-qucaq.
Qeyri bir yurd,qeyri torpaq.
Zamanlarin başı üstən
Əzəmətlə asılaraq
Zindanlara çəkiclərlə-
Öz adını yaza-yaza,
Od parçası,qor seli tək,
Dönə-dönə bir ulduza-
Bu dünyaya səda salan,
Dostlarını yada salan-
Düşməninin ürəyinə,
Ağrı salan,qada salan-
Atəş yurdu,od diyarı.
Yaxınların dost diyarı,
Uzaqların yad diyarı.
Qor ölçüsü,od əyarı.
Şöhrətində nam bir yarı,
Bütün aləm tam bir yarı.
Bəxtiyarlar bəxtiyarı,
Öz əlində ixtiyarı.
Öz yerində ləyaqəti,
Öz yerində abrı,arı.
Gecə səpər,gündüz səpər,
Od sinəsi üzlərinə-
Zər payını buludları.
Təlatümlər saxlancıdı,
Dərin dibli sükutları.
Sükutunda dəli tufan,
Tufanında sükutu var.
Belə ola bilməyinə,
Şərəf dolu əllərində-
Dəlili var,sübutu var.
İstəyəndə dəli-dolu,
İstəyəndə həlim olar.
Yaxşılıqdan yaxşılığa.
Körpü tikər,yollar salar.
Qürubuna ensə belə,
Şəfəqlərlə axşam-səhər
Ata göyə,ana yerə-
Layla çalar,layla çalar.
Azərbaycan-atəşlərin,
Zühr etdiyi ulu məkan.
Azərbaycan-alov adlı,
Atəş adlı damarda qan.
15.07.2014-cü il,saat 13-34.
Azərbaycan-yerdə əli,
Azərbaycan-göydə əli.
Bu dünyanın özü boyda,
Saf gövhəri,təmiz ləli.
Azərbaycan-eşq məşəli,
Nə cür ona vurulmayım.
Olmayım bəs eşqdən dəli?
Qızıl güllü,bənövşəli,
Bomboz çöllü,göy meşəli.
Torpaqları naxış-naxış,
Səmaları göy şüşəli.
Pak məkanlı,saf guşəli,
Qızıl-qızıl keçmişləri-
Sabahlardan sabahlara
Zaman-zaman şərəf ilə-
Daşıyan od adlı diyar.
Heç bir yerə bənzəməyən
Əvəzolmaz odlu diyar.
Dadlı məkan,dadlı diyar-
Axı,səni mənim kimi,
Kimlər anlar,kimlər duyar?
Bu çalışqan kobud əllər,
Öz alnımdan zaman-zaman-
Tökə-tökə qanlı sellər,
Sənə isti ocaq qurar.
Bu cismim də dağlar kimi
Arxasında möhkəm durar.
Sənə isti yuva qurar,
Arxasinda ürək durar.
Bu istəklə ürəyimin
İçərisin sevgi oyar.
Bu işlərə başdan-başa
Yaşanan bir ömür qoyar.
Alıb səni öz yerindən –
Qeyri yerə demərəm yox.
Ürəyimin düz başına
Dönə-dönə öpüb qoyar.
Bəlkə könül onda məni,
Bu vətənə,bu diyara
Az da olsa oğul sayar.
Sevincini yerə yayar,
Sevincini göyə yayar.
Bir daşına qıymaz əlim,
Lazım gəlsə canıma da-
Ömrümə də hər dəm qıyar.
Nədən belə doysa könül,
Aylar ötə,illər ötə-
İnanmıram səndən doyar.
Sənə olan sevgiləri
Dayanmadan dillər ötə
Bəlkə onda istəyimə,
Ola ölçü,ola əyar.
Azərbaycan-canımda can,
Azərbaycan-özü boyda-
Gövhəri-zər,ləli-mərcan.
Azərbaycan-damarımdan
Axıb keçən qırmızı qan.
Azərbaycan-taleyimə
Azadlığın günəşini
Öz bətnindən doğuran dan.
Dəli könül,nə durmusan?
At özünü bu atəşə,
Lap təpədən dırnağacan-
Oda bələn,atəşə yan.
Çevril alov,od sütuna,
Bənzə daği-Bisütuna.
Ayaq üstə belə dayan.
Yana-yana qürub elə,
Dan yerinin qucağında-
Yana-yana yenə oyan.
Taleyimin gözləri tək
Bir mənə bax,mənə boylan.
Şehlə zərə bələnsin, qoy-
Dağın,düzün,çölün,yaylan.
Arzu kimi,dilək kimi,
Könüllərə yenə paylan!..
27.07.2014-cü il,saat 15-21.
Azərbaycan-bir gövhər,
Azərbaycan bir inci.
Könlümdəki baş yerdə,
Şanlı adı birinci.
Nanlı adı birinci.
Bir nemətdi hər daddan,
Ləziz dadı birinci.
Dünya dağın döşündəMin bir dərdin dərmanı:-
Təbiətin balası,-
Kəklikotu,zirinci.
Cürət etməz onunla,
Bəhsə girə bir inci.
Burdakı hər göy zümrüd,
Burdakı hər yer inci.
Azərbaycan-muğamın,
Şah pərdədə sarənci.
Başdan-başa bu diyar,
Bir ləl,mərcan,dürr,inci.
Yolunda can qoyam mən,
Alın tərim bir inci.
Hara gedə xəyalım,
Qoynunda alar dinci.
Bədbəxt gündə könlümün,
Hüdudsuz qəm-kədəri,
Üfüq boyda sevinci.
Mən bunları duyunca,
Mən bunları görüncə.
Təlaşlarım yox olur,
Ruhum qalır sərincə.
Könül göyə qaldırır,
Şux başın qədərincə.
Azərbaycan-ruhuma,
Qüdrət verən bir diyar.
Azərbaycan-təbimə,
Dəqiq ölçü,düz əyar.
Azərbaycan-yuxuma,
Nə zaman ki,göz yumam-
İşıq səpər,nur yayar.
Alışmasam eşqinə,
Sevgi dolu qəlbimi
Min dəfədən qınayar.
Qoynundan uzaqlarda,
Xəyallarım çırpınar.
Ürəyimsə çat verib,
Min yerindən qanayar.
Həqiqəti özünə,
Əzəli bir haqq sayar.
Ürəyim belə anlar,
Ürəyim belə duyar.
Müqəddəs sahillərin,
Üfüqlərin bağrında
Bir əbədi nur yuyar.
Məhəbbətim qoynunda,
Baş qoyub orda uyar.
Azərbaycan-könlümə,
Sevgilərin əlilə-
Özündən heykəl qoyar.
Onu sevməkdən könül,
Nə yorular,nə doyar.
Ondan uzaq düşməyim,
İçərimi dərd ilə-
Azı yüz yerdən oyar.
Qayğısın eşq yaramın,
Üstünə məlhəm qoyar.
Azərbaycanğa,
Azərbaycan-düzlüyə
Əbədi bağlı diyar!
Azərbaycan-şərəfə,
Ən azından min dəfə-
Ürəyimdə yaşayan,
Bənzərsiz mütləq meyar!..
11.08.2014-cü il,saat 19-18.
Azərbaycan-nurların,
Ana yerə düzümü.
Haqlı edib dünyaya ,
Aça biləm gözümü.
Odur edən ellərin
Yanında ağ üzümü.
Odur qoyan qəlbimə
Həm çətin,həm asanda-
Hər vaxtda,hər zamanda,
Mənə qismət yazanda-
Dəyanəti,dözümü.
Odur cana gətirən,
Ocağımı,közümü.
Xəyalım ondan alır
Hər sınağa dözməyə
Bir tükənməz əzimi.
Mətanəti,cürəti,
İntəhasız qüdrəti.
Azərbaycan-könlümün,
Dedim,axı,dözümü.
Onda tapa bilirəm,
Hər zaman öz-özümü.
Azərbaycan-mütləq haqq,
Ədalətin açımı,
Həqiqətin çözümü.
Ağız açam o deyər,
Ən dəyərli sözümü.
Ağlım kəsən zamandan,
Bir ona qurban dedim-
Ay Mübariz,sözümü.
Ləl torpağı qoruyar,
Qoynundakı izimi.
Qüvvət ilə doldurar,
Yeriyəndə dizimi.
Danışanda özümü,
Kiriyəndə çözümü.
Bala tutur kəlməmi,
Qəndə tutur sözümü.
Azərbaycan dünyanın,
Zirvəli bir dağımı,-
Cənnət,Behişt bağımı?
Məhəbbətlər çeşməsi,
Sevgilər bulağımı?
Quba qazlı gölümü,
Ceyran dolu çölümü?
Yeri,göyü tərpədən,
Haylı,küylü selimi?
Həqiqətin dayağı,
Haqqın vuran əlimi?
Tər laləli düzümü,
Gülüstanın özümü?
Bir başqadı sahmanı,
Bir başqadı düzümü.
Budaqları sındırır,
Bağlarda meynələrin-
Qızıl salxım üzümü.
Durna gözlü bulaqlar,
Ala gözdən süzgümü?
Göy şüşəli gölləri
Ulu göyə güzgümü?
Abşeronu yer üstə
Kəhkəşanlar topası.
Özü boyda torpağın,
Ağ şanısı,üzümü.
Sıralı zirvələri,
Qüdrət qoyan düzgümü?
Ondan bir an ayrılam-
Ona can atan könül,
Olar həsrət yükündən,
Ağır illər üzgünü.
Qucağına ana tək,
Gecə-gündüz basdığı-
Öz ayı,öz günümü?
Sətirlərə düzdüyüm,
İşıq dadan,nur dadan,
Ruhu candan oynadan-
Konül, anla bir daha,
Ana yurdun söz günü.
Atəş ilə,nur ilə,
Kağızların üstündə-
Qoyubdular hörgünü.
Hər biri ona kəsmət,
Hər biri ona bağlı.
Bu səbəbdən az qala,
Yerindən alır ağlı.
13.08.2014-cü il,saat 13-27.
Azərbaycan-ruhumun,
Bir əzəli qüdrəti.
O qoyub zaman-zaman,
Ürəyimə cürəti.
Xəyalıma sürəti.
Dizlərimə taqəti,
Eşqimə sədaqəti.
Döyünən ürəyimi,
O anam verib mənə.
Əhdimi,diləyimi,
Ağbirçəkli,nurani-
Osonam verib mənə.
Bu dünyaya sığmayan
O dünyam verib mənə.
Həqiqəti,gerçəyi,
Sahilsiz ümman olan-
O röyam verib mənə.
Abrım,arım,ismətim,
O həyam verib mənə.
Həm dünən,həm bu günə,
Həm də sabaha olan-
O sayəm verib mənə.
Həyat adlı o surəm,
O ayəm verib mənə.
O müqəddəs məqsədim,
O qayəm verib mənə.
Əməlim hara getsəm,
Ağ eləsin üzümü.
Ruhumda var eləyib,
Dönə-dönə dözümü.
Bir daha dərk eləyim,
Mən yenidən özümü
Öz əlimlə sınağa
Çəkə bir öz-özümü.
Xəyalımda yandırıb,
Hikmətlərin közünü.
Yaxşı-yaxşı tanıyım,
Zamanda hər üzümü.
Sıralansın könlümə,
Yaxşılıqlar düzümü.
Bir də,bir də dərk edim,
Bu həyatda özümü.
Həm asan,həm çətində
İradəmlə ortaya-
Qoya bilim dözümü.
Ziyalardan hər yana,
Sala bilim izimi.
Şəfəqlərlə bəzəyim
Ulu ana ellərin
Hər çölünü,düzünü.
Özümə heyran qoyum,
Görənlərin yüzünü.
Nurlar ilə doldurub
Ağlın görən gözünü-
Bir ona güvənib mən,
Aramışam,tapmışam-
Hər müşkülə çözümü.
Adlamışam,keçmişəm,
Yolların ən düzünü.
Düz yol ilə gedirəm,
Həm onun,həm eşqimin-
Bu dünyanın yanında
Üzünü ağ edirəm.
Azərbaycan-qayada,
Açan təzə,tər lalə.
Tarixin zirvəsindən,
Tökülən gur şəlalə.
Qızıl hökümlər verən-
Şəksiz odur həyatda
Ağla,huşa,xəyala.
Azərbaycan-həm günəş,
Həm də gündən batanda-
Göydə qalan bir halə.
Könlümdə hədsiz sevinc,
Qəlbimdə sonsuz nalə.
Dilimdə sonsuz nalə.
Azərbaycan-xoş gündə,
Bir-birindən nəhs gündə,-
Yaxşı gündə,pis gündə,
Car olan gur şəlalə.
Ruhumda nərgiz-nərgiz,
Könlümdə lalə-lalə-
Çata-çata kamala
Zaman-zaman yaşayan,
Əzəli,əbədi yer.
Özü boyda müəmma,
Özü boyda səhih sirr.
Azərbaycan –müqəddəs
Bir səcdəgah,ocaq,pir.
Azərbaycan-qurtuluş,
Azadlıq,istiqlal,hürr.
Nə elə çox,nə də az,-
Tam elə özü boyda
Bir saf gövhər,təmiz dürr.
Könül,götür qələmi,
Bu eşqi yaza-yaza-
Ömrünü qat bu yaza.
Azərbaycan deyəndə,
Bu kəlmənin önündə-
Ömrünün hər günündə,
Butün varlığınla sən
Dur,ayağın üstə dur.
Ürəyində sevgidən
Bir basılmaz zirvə qur.
Azərbaycan-üfüqdə,
Tər açılan bənövşə.
Doğulub salam verə-
Hər açılan sabahda,
Sökülən dan yerindən
Boylanan al günəşə.
Qarışdıra atəşin,
O tükənməz atəşə...
19.01.2014-cü il,saat 18-39.
Azərbaycan-titan ölkə,
Zamanlaarın qarşısında,
Başını dik tutan ölkə.
Gündoöandan günbatana.
Həm övlad,həm ata,ana.
Bir yaraşıq bu cahana.
Həm özgəyə,həm də mana;-
Mahal-mahal,bölgə-bölgə,
Zamanda çox salıb kölgə.
Səma-səma,torpaq-torpaq,
Meşə-meşə,ağac-ağac
Gövdə-gövdə,budaq-budaq
Çiçək-çiçək,yarpaq-yarpaq
Altun işıq,yaşıl kölgə.
Yaşa arxa,ömrə dayaq,
Cismə kömək,ruha bəlgə.
Haqqım var ki,güman edim,
Yaranışın “Kun!” hökmünü
Burda verib Rəbbim bəlkə!
Əminliyə təslim olub,
Ta ovaxtdan bu günədək-
Qorxu,təlaş,xof,təhlükə.
Doğransa da dilim-dilim,
Kəsilsə də tikə-tikə-
Ər babalar saymayıblar,
Dürr nənələr saymayıblar,
Qorxuları burda tükə.
Salmayıblar xəyalları
Şübhə deyən ağır yükə.
İnam olub bayraqları,
Güman olub yaylıqları.
Sabah olub mayakları,
Hara getsə cürətləri-
Olub ilkin dayaqları.
Zaman-zaman sanılsa da
Ləziz loxma,yağlı tikə,
Başlı gələn başsız gedib,-
Kəc baxa bu məmləkətə.
Azərbaycan-başı qallı,
Təlx ovqatı həsbi-hallı.
Bağrı yanıq,qəlbi xallı,
Amma evli və evhallı-
Cəsur məkan,məhkum diyar.
Əzə ocaq,eşqə mətə,
Zamanları aşıb gəlib,
Sellər kimi daşıb gəlib-
Axır çatıb səadətə.
Bəxt sarıdan əli yalın,
Olub tale üz döndərib
İtirib cahu-cəlalın.
Talayıblar,aparıblar
Nə çox,nə az bircə günə
Bir əsirlik halal malın.
Qismətinin əllərindən
Zalım zaman əllərilə
O vaxt belə alıb şalın.
Ürəyində oxudubdu,
Ana ellər ahlar valın.
İz qoyubdu yaddaşlarda
Nalələrim,fəryadlarım
Yığın-yığın,qalan-qalan.
Azərbaycan-dost adını,
Başı qarlı zirvələrdən
Ucalarda tutan ölkə.
Həm kişisi,həm qadını-
Dostlarından qəmlər alıb,
Yerinə dəm satan ölkə.
Haqqı haqqa qatan ölkə,
Nahaqların arxasından
Bir qara daş atan ölkə.
Həqiqətlər ordusuna,
Həqiqətlər qatan ölkə.
Düzlüklərin ümmanında,
Gövhər kimi batan ölkə.
Azərbaycan-almaz diyar,
Həm baharda,həm də qışda-
Bir əbədi solmaz diyar.
Azərbaycan-yaqut məkan,
İnamında,inancında;-
Bir atəş,bir Boz qurd məkan.
Azərbaycan-titan ölkə,
Öz azadlıq iksirinə
Bu gün əli çatan ölkə.
Dərdlərinə sevincləri
Duz tək səpib,qatan ölkə.
Doğan günlə bir oyanıb,
Üfüqlərdə tən dayanıb-
Qoşa durub,qoşa yanıb
Batan günlə birgə batan-
Qüruba od atan ölkə,
Həyat yaradan ölkə.
Azərbaycan-ta nə deyim?-
Yerin payı,göyün payı,
İşıqların,şəfəqlərin-
Nur çeşməsi,ziya payı.
Azərbaycan-ata göyün,
Ana yerdə doğan ayı.
Dünyanın eşq səltənəti,
Cahanın şölə sarayı.
Tarixlərə örnək olan
Tarix yaşlı türk soyunun
Bir əzəli,bir əbədi-
Şah əsəri,haqqı sayı!
***
Azərbaycan-mənim yurdum,
Tarixə bir ömür verən
Şan-şöhrətli qalib ordum!
Qüdrətinə arxalanıb
Yenilməyən əzmim ilə
Bu yorulmaz əllərimlə
Onu tikdim,onu qurdum.
Əhvalını kimsədən yox,
Ürəyimdən özüm sordum.
İradəmin qüdrətilə
Zamandan çox qaya yıxdım.
Dövrandan çox dağ uçurdum.
Əgər ruha edə yardım,
Coşqun çaylar həsəd çəkər
İntəhasız cürətimə.
Tükənməyən qüdrəti də,
Özü qoyub qüdrətimə.
Qollarımdan zaman-zaman
Köləliyin qandalını
O verdiyi qüvvət ilə
Əzim ilə özüm qırdım.
Başı qarlı dağlar ilə
Bir cərgədə sıralanıb
Möhtəşəm sılsilə qurdum.
Əzabları ram elədim,
Möhnətləri müdam yordum.
Sabahlara gedən yolu
Yollarıma işıq saçan,
Üzümə ağ yollar açan,
Hər zamanda arxam olan
Doğan günü yada salan
Öz ağlımdan özüm sordum!..
31.08.2014-cü il,saat 03-42.
Qarı düşmən qəhrimdən,
Qəzəbimdən daha qorx.
Üzərinə yollaram,
Hiddətimdən qara ox.
Bu hələ harasıdır,-
Ola bilər olanlar
Dünəndə gördüyündən
Yüz dəfə,min dəfə çox.
Gəlsən də, bax,üstümə
Bu gün iblis sayağı
A qan içən nanəcib,-
Şərin əməl ortağı.
Od vurub baxsan belə,
Ərşlərə bülənd olan
Alovuma,tüstümə.
Bəlli adın bir yağı,
Ən böyük istəyin də
Sinəmə çəkmək dağı.
Şərlər özü versə də
Əməlinə dayağı.
Ondan kömək istəmə,
Özünü aldadıb sən-
Qələbə çalmağına
Əbəs ümid bəstəmə.
Düşün,daşın bir az da
Nə ola bilər,axı?
Gördüyün bu işlərin
Ya əvvəli,ya sonu
Sıçramazmı ərlərin
Beyninə coşan qanı?
Məsləhətim budur ki,
Yaxşı-yaxşı bir düşün,
Gördüyün bu qəlp işin-
Bəd əməlin sonunu
Min illərdən ta bəri
Dağım,daşım hələ də
Soyunmayıb əynindən
Qanlı qisas donunu.
Qılıncdan da kəsərli,
Olar haqqın qanunu.
Düşün-daşın bir daha,
Bax,keçmişə,sonra da-
Üzünü tut sabaha.
Bu istəyin inan ki,
Hara əlin atsa da,-
Lap şeytanın yanına
Səy eləyib çatsa da;-
Hara getsən üstünə,
Oturacaq çox baha.
Düşün bir də deyirəm,
Uyub hər gün fitnəyə-
Yox olarsan sən,bax,a!..
Ha oynatsan atını
Bu gün iblis sayağı.
Basma sonun pis olar,
Pak yerlərə ayağı.
Sənlə deyil mənlədi,
Bu gün haqqın bayrağı.
Yolum üstə nur saçır,
Yeni-yeni yol açır,
Ədalətin mayağı.
Üzü tutub ora mən,
Haqqa tərəf gedirəm.
Haqqı bu gün əlimdə
İlkin yaraq edirəm.
Zəfərdən zəfərlərə,
Aparacaq o məni.
Tapdalayıb əzəcəm,
Ayaqlarım altında-
Gizli,aşkar düşməni.
(Gözün yaxşı görmürsə,
Götür də vur çeşməni.
Mənə bir də yaxşı bax,
Sözümə qulaq assan
Dəhşətli sabahından
Uzaq olarsan uzaq)
Kükrəyəcək yerindən,
Qəhrin qisas bulağı.
Həmin o gün sənə də
Bir muştuluq olacaq.
Babanın əllərimlə,
Kəsilən tay qulağı-
Başlanacaq zamandan
Qəlp nəslinin kulağı.
Onsuz da bu dünyanın
Hər gələn gün çoxalır-
Sizə bənzər ulağı.
Bu gülüstan aləmin,
Yaman artıb alağı.
Elə təpgi gələrəm,
İtirərsən zolağı.
Tüpürüb dabanına,
Aradan sıprıxarsan.
Əllərində cırılan,
Şalvarının balağı.
Bu torpağın altı da,
Bu torpağın üstü də-
Selə dönüb yeriyər
Hara getsən üstünə.
Əriyib yox olarsan,
Öz canından ucalan-
Alovuna,tüstünə.
Dedim,axı,şərlərdən,
Heç vaxt kömək istəmə.
Qələbə çalmağına,
Əbəs ümid bəstəmə.
Car olar can evimdə,
Qəzəbin od bulağı.
Hər çınqılda,hər daşda,
Natəmiz vücudunun-
Qalar mundar qalığı.
Didilib yox olarsan,
Ora-bura yaxılan-
Bir yığın p.. olarsan.
21.08.2014-cü il,saat 15-07.
Ondan alıb qüdrəti
Könlümdəki sözlərim.
Amma ki,tərifinə
Çatmır hələ sözlərim.
Belə görüb gözlərim,
Belə duyub ürəyim-
Bu müqəddəs diyarı.
Ağılda güc azdı,az
Verə əsil dəyərin.
Yaranandan nur ilə
Təyin olub əyarı.
Hara getsəm könlümün
Bir o olub,o olub o yarı.
Qəlbim onun oxşarı,
Ruhum onun uyarı.
Bu bənzərsiz ləl ölkə,
Nəhəng dünya ağacın
Barla dolu budağı.
Azərbaycan dünyanın
Həm də behişt otağı.
Torpağının altı da,
Yerin yeddi qatı da-
Torpağının üstü də,
Qızıl,gümüş yatağı.
Ömrüm,günüm,həyatım,
Nəğməm,sözüm,bayatım-
Bu sehirli budağın
Özü boyda yarpağı.
Bir ona bağlanıbdı,
Həyatımın saplağı.
Barla dolub yerlərə
Qoyub burun-butağı.
Ürəyim bu vətənin,
Tər gülü,tər çiçəyi.
Xəyalım o çiçəyin-
Şehdə çimən ləçəyi.
Əgər alıb əlinə
Bir xışma torpağını-
Toxundursan dilinə,
Ağzında bal dadacaq.
Hər ağrını,acını,
Can tamam unudacaq.
O dərdimin loğmanı,
O dərdimin əlacı.
O veribdi ruhuma,
Dilək adlı ilacı.
Azərbaycan üfüqdə,
Qərar tutan məmləkət.
Qoynundan bir dəm ayrı-
Düşmək özü fəlakət.
Həm xəyal,həm gerçəkdən
Bağlanılan bir dəmət.
Yaşanan hər ili bal,-
Hər gün onun üstə mət.
Azərbaycan ruhumda,
Dünya boyda əzəmət.
Özü boyda qızıl mət:-
Azərbaycan-Nizami,
Azərbaycan-Füzuli,
Azərbaycan-Nəsimi,
Vaxtın qızıl kəsimi.
Azərbaycan-Bəxtiyar,
Azərbaycan-Şəhriyar.
Azərbaycan-Xətai,
Hər oğlu bir fədai-
Hər qızı bir fədai.
Kəhkəşandan bir dəmət,
Gavanşir,Babək,Səməd.
Azərbaycan-Urməvi,
Sabir,nəsrəddin Tusi.
Xəyalında bərqərar
Yüz günəşin istisi.
Azərbaycan-Məhsəti,
Günəş üzü,ay səthi.
Natəvan,Tomris ana,
Hər birsi bir bəzək,
Yaraşıq bu cahana.
Xaqani,Məmməd Araz,
Təmiz peyman,düz ilqar,
Pak etibar,saf muraz.
Azəbaycan-Atropat,
Bu cahanda əyarı-
Azı-azı min karat.
Azəbaycan-sabaha,
Bir zəmanət,bir zəmin;-
Sattarxan,Məmmədəmin.
Hər biri bir əzəmət
Hər biri şöhrətimə-
Bir baş tası,bir qüdrət!
Azərbaycan-əslində,-
Vicdan,namus,qeyrət,ar.
Özü boyda sədaqət,
Özü boyda etibar.
Azərbaycan-gözümdə,
Yuva quran uyğular.
Azərbaycan dünyaya,
Sığışmayan duyğular.
Azərbaycan sahili
Görünməyən arzular.
Əzəmət,heyrət,vüqar.
Dözüm,cürət,dəyanət,
Abır,həya,ləyaqət.
Dünyanın özü boyda,
Bir danılmaz həqiqət.
Azərbaycan-Üzeyir,
Ürəyim mənə deyir;-
Ulu öndər balası,
Həqiqətin beşiyi,
Ədalətin qalası.
Azadlığım onunla
Tapa bildi xilası.
Tanıdığım,bildiyim
Zirvələrin zirvəsi.
Bu sözləri yazanda
Xəyalımın o olub
Yenilməyən qüvvəsi.
Azərbaycan-hürr evi,
Bu cahanın müqəddəs
Ocaq yeri,Pir yer.
Səadətin bayrağı,
Tariximin günəşi,
İqbalımın mayağı!
***
Taleyin zaman-zaman,
Sərt olsa da zərbəsi,-
Ürəyimin olubdu,
Haqsızlığa yönələn
Bir etiraz hərbisi.
Azərbaycan dünyanın
Sarı sünbül zəmisi.
Həqiqətin yelkəni,
Düzlüyün ağ gəmisi.
Ədalətin hamisi,
Sevgilər limanına
Ürəyin yan alması,
Xəyalın lövbər salıb,
Könlün nəğmə deməsi.
Dostların xoşhal olub,
Bədxahların qurd kimi
Özünü öz içindən
Neftlə dopdoludu,
Yerlərinin məməsi.
Azərbaycan- Koroğlu,
Azərbaycan-Qazan xan.
Özündə qüvvət tapıb
Öz ruhunun gücüylə
Özü ayağa qalxan;-
Həm əzəli,həm də ki,
Əbədi altun məkan.
***
Azərbaycan-Cavad xan,
Zamanda haqqa qalxan.
Toxunma ona yağı,
Bil, eləyər qana-qan.
Azadlığı yolunda
Lazım gələ min dəfə,
Milyon dəfə qoyar can.
Azərbaycan-Dədə Qorqud,
Azərbaycan-ulu Boz qurd.
İşıqdan xəlq olunan,
Şəfəqdən yoğrulan yurd.
23.09.2014-cü il,saat 23-48.
Azərbaycan-Cavanşir,
Atropat,Şah İsmayıl.
Ürəkləri olanlar
Onlara hayıl-mayıl.
Taleyimə,baxtıma
Mən də qayılam-qayıl.
Azərbaycan-ləl-gövhər,
Suları abi-kövsər.
Özü boyda impiryal,
Özü boyda hamayıl.
Ədalətə,düzlüyə,
Əzəldən olmuş qayıl.
Yeri şəkər,göyü bal,
Andı saf,eşqi zülal.
Nəfəsi gur sellərin,
Qaymağı hürr ellərin.
Saylu ellər əşrəfi,
Özü boyda cəvahir,
Özü boyda əşrəfi.
Sədəf,mərcan,inci,dürr,
Azadlıq,istiqlal,hürr.
Pak mirvari,saf inci,
Soylı ellər içində-
Şanlı yeri birinci.
Almaz,yaqut brilyant,
Zamandakı siqləti
Azı saksalyon karat.
Tanrıdan gələn barat!
Bənzəri yox bir diyar,
Müqəddəsdən müqəddəs-
Kəbə,qiblə,pir diyar.
İnci sədəf,dürr diyar.
Təpədən-dırnağacan
Azad diyar,hürr diyar!
Yaşı zamanın yaşı,
Tarixin qan qardaçı.
Özəlliyin,saflığın,
Binadan məhək daşı.
İlkinliyin diqqəti,
Əzəlliyin yaddaşı.
Könüllərin riqqəti,
Xəyalların candaşı.
Əzəmətli,şanlı yurd,
Həm doğmaya,həm yada-
Həlim,istiqanlı yurd.
Hər qızı hüri-mələk,
Hər oğlu ulu Boz Qurd.
Yer üzündə möcüzə,
Bir də sehirdi bu yurd.
Tökülüb gəlsə fələk,
Göylərdən ordu-ordu-
Məcradan çıxsa kələk,-
Yenə bilməz bu yurdu.
Kim bura xoş niyyətlə
Zamanında buyurdu
Pak,müqəddəs bir qonaq-
Başlar tacı sayıldı.
Ürək ilə o kəsin
Qarşısına qoyuldu:-
Halal süfrə üstündə
Halal nemət, duz-çörək.
Kim bura bəd niyyətlə
Nə zaman ki,buyurdu
Şər dolu vücüduna
Öz qanı oldu bələk.
Lap olsa belə mələk.
Hər qızı tüldən zərif,
Hər oğlu polad bilək.
O nəcib,bu cəsurdu.
Hər xanımı bir aləm,
Hər ərəni bir ordu.
***
Azərbaycan-Məmməd Araz,
Dörd fəsilin dördündə də-
Qoynu güllü,çiçəkli yaz.
Qızıl nəğmə,altun avaz.
Azadlığa,istilala
Zaman-zaman sözü pərvaz.
Zanan-zaman özü pərvaz.
Zaman-zaman eşqı pərvaz,
Könül evi,köşkü pərvaz.
Bir Dəli Kür,Xan Araz.
Azərbaycan-Məmməd Araz!
***
Azərbaycan-eşq,muraz,
Cahanın köynəyindən-
Cıxan sirin dilli saz.
Həm Dli kür,həm də ki,
Özü boyda Xan Araz.
Taleyi yaz ,özü yaz.
Dəmi dərindən dərin,
Dərdi dayazdan dayaz.
Fəsillərin göyçəyi ,
Nazlı-duzlu,güllü yaz:-
Göyləri saf şüşəli,
Ömrü-günü nəşəli.
Yerin –göyün məşəli.
Buludları xam ipək,
Kətan,pambıq bəmbəyaz.
Şairim, bunları da
Al qələmə ürəklə,-
Sonsuz məhəbbətlə yaz.
Şairim,bunları da-
Şerində gətir dilə,
Çox yazmısan,yenə yaz.
Azərbaycan-xəzinə,
Sığmır heç bir vəzinə.
Hər oğlu sərvət,yatır,
O kəsin ürəyində
Pələng yatır,şir yatır.
Hər qızı cahu-cəlal,
Şehdən saf,mehdən zərif.
Çöhrəsində bir iffət,
Könlündə ağıl,kamal.
Başdan-başa bu diyar,
Dəfinə,var-dövlətdi,
Sərvətdi cah calaldı.
Şəninə gecə-gündüz
Nə qədər desən tərif
Min dəfədən halaldı.
Hər qızı güldən incə,
Hər qızı tüldən zərif.
Sanasan tər ləçəkdi
Özü boyda çiçəkdi
Ağıllıdı,göy Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.